FHN Cəlilabadda seminar müşavirə keçirib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbəsinin təşəbbüsü və Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Cəlilabad Rayon İcra Hakimiyyətində “Fövqəladə hallarla mübarizə üzrə birgə fəaliyyət” mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli struktur bölmələrinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələri, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili, mülki müdafiənin hazırkı vəziyyəti və digər məsələlər barədə ətraflı məlumat verilib.
İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə fövqəladə hallarla mübarizə istiqamətində birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Sentyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















