Icma.az
close
up
RU
FHN Naxçıvanda seminar müşavirə keçirib

FHN Naxçıvanda seminar müşavirə keçirib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Texniki Təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov açıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib, qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası FHN Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi İlqar Qocayev İdarənin fəaliyyəti, həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib, mövzuya dair videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə “Texniki təhlükəsizlik sahəsində xidmətlərin inkişafı” mövzusunda çıxış edib. O, texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri