Icma.az
close
up
RU
FHN dən əhaliyə MÜRACİƏT

FHN dən əhaliyə MÜRACİƏT

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur.

AYNA.AZ xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır.

Belə ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamal, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməli və şənlik keçirilən məkanı tərk edərkən işıqlandırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.

Həmçinin, bayram şənliklərinin təşkil olunduğu məkanlarda şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı; məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi asılmalı, ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı, təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı, otağın qapıları mütləq çıxışa doğru açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıqlar tam söndürülməməli, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, bina və qurğulara, eləcə də yanğın hidrantlarına və su hovuzlarına sərbəst yaxınlaşma təmin olunmalı, həmin yerlərə gedən yollar nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir.

“Bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyırlar. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək tələb olunur. Obyekt rəhbərləri yanğın təhükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər. Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”,- deyə FHN-in əhaliyə ünvanlanan müarciətində vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri