FHN: Dübəndidə dəniz sahili neft qalıqlarından təmizlənir
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları yığılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata əsasən, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.
Bildirilib ki, dərhal əraziyə FHN-in Mülki Müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.
Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:Dübəndidə təmizlik aksiyası
25 İyun 2026 11:07
Dübəndidə neft sızması qəzası aradan qaldırılır
23 İyun 2026 10:07
Dübəndidə dəniz sahilində aşkar edilmiş neft qalıqları ərazidən kənarlaşdırılıb VİDEO
19 İyun 2026 20:46
FHN: Ağdamın Xaçındərbənd kəndi minalardan təmizlənir
17 İyun 2025 14:24
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir FOTOLAR
24 İyun 2026 11:38
Baxış sayı:154
Bu xəbər 19 İyun 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















