FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
FHN-dən XQ-ə bildirilib ki, yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq kömək göstərilib.
Bu mövzuda digər xəbərlər:Buz bağlamış yollarda avtomobildə qalanlara kömək göstərilib
22 Yanvar 2026 11:53
FHN əməkdaşları Xaçmazda köməksiz vəziyyətdə qalan kənd sakinini xilas edib
17 Yanvar 2026 22:23
FHN köməksiz vəziyyətdə qalanları xilas etdi
08 İyun 2025 13:56
FHN köməksiz vəziyyətdə qalmış 5 nəfəri xilas edib
13 Fevral 2025 11:00
FHN: Ötən gün köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
28 Noyabr 2024 10:07
Baxış sayı:95
Bu xəbər 25 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















