Icma.az
close
up
RU
Rumıniyada Azərbaycanın memarlığına və Qarabağdakı quruculuğa həsr olunmuş sərgi keçirildi

Rumıniyada Azərbaycanın memarlığına və Qarabağdakı quruculuğa həsr olunmuş sərgi keçirildi

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

22-25 yanvar tarixlərində Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən Rumıniya, Moldova, Ukrayna və Albaniya hüquq parlament komissiyalarının İllik Üçüncü Forumunda xüsusi qonaq qismində Azərbaycan tərəfi iştirak edib.

Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu il tədbir “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi” mövzusuna həsr olunub.

Tədbir çərçivəsində 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar ölkəmizin memarlığına həsr edilmiş foto¬sərgi təşkil olunub. Sərgilənən fotoşəkillərdə Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin şəhər mühitinin və memarlıq mənzərəsinin dinamik inkişafı, müasir urbanistik transformasiyaların nümunələri əks olunub. Eyni zamanda, sərgilənən fotoşəkillərdə Azərbaycanda mövcud olan mina probleminə diqqət yetirilib. Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniya parlamentlərinin deputatları və senatorları, Rumıniyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edib.

Sərginin açılışında çıxış edən səfir Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında münasibətlərdən söz açıb, iki ölkə arasında həyata keçirilən layihələr, nəzərdə tutulan qarşılıqlı səfərlər və tədbirlər barədə danışıb. Səfir 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İlin” elan edilməsi, bu ilin may ayında BMT-in Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçiriləcəyini söyləyərək, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin regionda əməkdaşlığın möhkəmləndirilməsində və ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə diqqət çəkərək, ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində regionda formalaşmış sülh və sabitliyin beynəlxalq əhəmiyyətli logistika və nəqliyyat layihələrinin reallaşdırılması üçün əlverişli və etibarlı şərait yaratdığını qeyd edib.

Sərginin açılışında Rumıniyalı senator, iqtidar Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədrinin müavini, Rumıniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş çıxış edib. O, Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə toxunaraq, ötən ilin avqust ayında Azərbaycana, xüsusilə Qarabağ bölgəsində Xankəndi və Şuşa şəhərlərinə həyata keçirdiyi səfəri xatırlayıb. Senator Qarabağda şahidi olduğu genişmiqyaslı tikinti-quruculuq işlərindən, bölgədə aparılan hərtərəfli inkişaf prosesindən bəhs edib, Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyat layihələri çərçivəsində aparıcı rolunu xüsusi vurğulayıb.
Təqdim olunan sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri