Icma.az
close
up
RU
FHN in Sumqayıt Regional Mərkəzi müşavirə keçirib

FHN in Sumqayıt Regional Mərkəzi müşavirə keçirib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Dövlət Universitetində “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda müşavirə keçirilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müşavirədə Sumqayıt Regional Mərkəzinin və Nazirliyin yerli qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin nümayəndələri iştirak edib.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e AMEA-nın müxbir üzvi, professor Əminağa Sadıqov çıxışında təbii və texnogen xarakterli fövqəladə hallardan qorunma, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyinin əbədiliyi, xalqımızın təhlükəsizliyinin, rifahının daimi yüksəlişi uğrunda ciddi addımların atıldığını bildirib. Çıxışında gənclərin fövqəladə hallarla mübarizədə təkcə iştirakçı yox, həm də təşəbbüskar və maarifləndirici bir qüvvə kimi çıxış etdiyini əsaslandıran Vaqif Fətullayevin sözlərinə görə, onların bu sahəyə cəlb olunmasının dövlətin və cəmiyyətin ümumi təhlükəsizlik sisteminin gücləndirilməsində mühüm rolu vardır.

Müşavirədə çıxış edən digər məruzəçilər də tədbirin məqsədinin yetişməkdə olan nəslin - gənc müəllim və tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, bu sahədə mövcud olan nailiyyətlər, problemlər və perspektivləri müzakirə etmək, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni fikirlər, yeni ideyalar ortaya çıxarmaqdan ibarət olduğunu vurğulayıblar.

Müşavirədə tələbələrin hazırladıqları ədəbi-bədii hissə nümayiş olunub.

Sonda Nazirliyin Sumqayıt Regional Mərkəzi və yerli qurumlarının qüvvə və texnikalarına baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri