Icma.az
close
up
RU
FHN mətbuat konfransı keçirdi Fotolar

FHN mətbuat konfransı keçirdi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (SİTGDMNDA) ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Mətbuat konfransında Agentliyin rəisi Vüsal Ağayev media nümayəndələrinə bildirib ki, SİTGDMNDA 2025-ci il ərzində ölkə ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin səlahiyyətləri daxilində həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.

Qeyd olunub ki, il ərzində Agentlik tərəfindən 3561 təhlükə potensiallı obyektdə (müəssisədə) 37 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtib edilib. Aktlarda 14 992 qayda pozuntusu qeydə alınıb və onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib.

Həmçinin təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14 325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə isə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib.

Edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə Agentlik tərəfindən 1087 ədəd çıxarış, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında isə 3405 ədəd şəhadətnamə verilib. Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib.

Bildirilib ki, hesabat dövründə Agentlik tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə (portala) daxil olmuş müraciətlər əsasında 26 192 obyektdə müayinə aparılıb. Bunlardan 25 682 obyektin istismarına icazə ilə bağlı müsbət, 510 obyektin istismarına isə mənfi rəy bildirilib.

Bundan başqa, 1523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 2016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib, 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, 292 ədəd nəqliyyat vasitəsi isə qeydiyyatdan çıxarılıb.

Eləcə də, 6637 nəfər işçi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının və normalarının öyrənilməsi üzrə Agentlik tərəfindən təşkil edilmiş tədris kurslarında iştirak edib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. 195 ədəd qaldırıcı və qazma qurğularının təhlükəsiz üsulla sınaqları aparılıb. 2228 ədəd qurğu və avadanlığın, 43 ədəd qaynaq birləşmələrinin və 1326 metr manifold borusunun defektoskopiyası keçirilib, 143 ədəd qurğu və avadanlıq sınaq olunub, 295 ədəd avadanlığın isə daxili baxışı keçirilib.

Təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələri üzrə 2269 texniki müayinə, 1202 yuma deqazasiya işləri aparılıb, 1643 ədəd texnoloji və digər mexaniki nəqliyyat vasitələrində isə texniki baxış həyata keçirilib.

Hesabat dövründə “ASAN xidmət” Mərkəzinə hüquqi və fiziki şəxslər tərəfindən təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün daxil olmuş müraciətlər əsasında 2257 sənəd təhvil verilib, 1300 sahibkarlıq subyektinə isə Nazirlər Kabinetinin 21 may 2025-ci il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası”nın tələbləri izah edilib.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi respublika ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin səlahiyyətləri daxilində təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Sonra Media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri