FHN: Mingəçevirdə oteldə baş verən yanğın söndürülüb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 9 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.
Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.
Bu mövzuda digər xəbərlər:FHN: Yasamalda baş verən yanğın söndürülüb AZƏRTAC
25 Dekabr 2024 18:24
Mingəçevirdə yanğın
06 Mart 2026 17:33
FHN: Göyçayda marketdə baş verən yanğın söndürülüb VİDEO
25 Aprel 2026 11:48
FHN: Zirədəki yanğın söndürülüb
09 Fevral 2026 11:33
FHN: Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb
21 Avqust 2025 13:51
Baxış sayı:88
Bu xəbər 09 May 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















