FHN: Göyçayda marketdə baş verən yanğın söndürülüb VİDEO
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay şəhərində yerləşən marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində marketin divarının xarici üzündə 1 ədəd vitrin soyuducusunun, 2 ədəd kondisionerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kvadratmetr sahədə yanıb.
Market və bina yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Aprel 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















