FHN yanında İctimai Şuranın üzvləri görüş keçirdi Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai Şuranın üzvləri nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, görüşün keçirilməsində əsas məqsədi Xidmətin fəaliyyət istiqamətləri ilə tanışlıq, fövqəladə hallar zamanı tətbiq edilən müasir yanaşmalara dair fikir mübadiləsinin aparılması olub.
Görüş zamanı Şura üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarına dair təqdmatı izləyiblər. Şura üzvlərinə yüksək riskli əməliyyatlarda istifadə olunan metodlar, texniki imkanlar, şəxsi heyətin hazırlıq proqramları və təlim sistemi, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində görülən işlər haqqında geniş məlumat verilib.
Şura üzvləri, həmçinin Xidmətin inzibatı binasının həyətində şəxsi heyətin təlim-məşq prosesini izləyiblər. Belə ki, xilasedicilər tərəfindən “dağlıq ərazidə köməksiz vəziyyətdə qalmış zərərçəkmişin” xüsusi alpinist avadanlığı ilə “xilas edilməsi”, “çətin keçilən zonalarda itkin düşmüş şəxslərin” axtarışı, “qapalı və zərərli mühitdə” xilasetmə əməliyyatı, şərti zəlzələ və uçqun zamanı “dağıntılar altında qalanların xilas edilərək” təxliyəsi, xüsusi mexaniki qurğular və müasir axtarış cihazlarının tətbiqi, xüsusi təlim görmüş itlərin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı nümayiş olunub. Şura üzvlərinə, həmçnin real əməliyyatlarda istifadə olunan taktiki yanaşmalar, təhlükəsizlik protokolları və heyətin koordinasiya qaydaları izah edilib.
İctimai Şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin yüksək peşəkarlıq səviyyəsinə malik olduqlarını vurğulayaq həyata keçirilən işlərin əhəmiyyətindən danışıb, gələcəkdə də bu cür görüşlərin davamlı olacağını diqqətə çatdırıblar.














Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Noyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















