FHN yol qəzalarında xilasetmə işləri ilə bağlı təlim keçirib VİDEO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Yol-nəqliyyat hadisəsi zamanı qəza-xilasetmə işlərinin həyata keçirilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələri zamanı xilasetmə işlərinin təşkili və aparılması qaydası, o cümlədən deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Qeyd edilib ki, praktiki gecə təliminə FHN-in Bakı Regional Mərkəzinin qüvvələri ilə yanaşı, DİN Baş Dövlət Yol Polisi İdarəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininn əməkdaşları və müvafiq texnikası da cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















