Fidan Qərbə Putinin bu sözləri ilə xəbərdar etdi
Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinin bəyanatının diqqətə alınması gərəkdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Fidan Ukrayna müharibəsinin nəzarətdən çıxmaq riskinin olduğunu söyləyib.
“İstifadə oluna biləcək bütün ənənəvi silahlar artıq istifadə olunub, amma müharibə bitmir. Bu prosesdə ya sülh olacaq, ya da müharibə nəzarətdən çıxacaq. Putin artıq bunu deyib. Bu müharibə elə bir nöqtəyə gələcək ki, ətrafındakı bütün ölkələri yandıracaq” – deyə o bildirib.
Qeyd edək ki, Putin bundan öncə Astanadakı KTMT sammitində deyib ki, Rusiya Qərb və Ukraynanın eskalasiyasına qarşı bütün tədbirləri görməyə hazırdır.
Baxış sayı:59
Mənbə:https://globalinfo.az