Icma.az
close
up
RU
Fidan, Rubio və Şeybani bir arada Nələr danışıldı?

Fidan, Rubio və Şeybani bir arada Nələr danışıldı?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani və ABŞ Dövlət katibi Marko Rubio arasında üçtərəfli görüş baş tutub.

Bu görüş NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısı çərçivəsində reallaşıb. Bu, ABŞ və Suriya arasında son 15 ildə keçirilən ilk yüksək səviyyəli görüşdür və Vaşinqtonun Dəməşqlə münasibətləri normallaşdırmaq istiqamətində atdığı mühüm addım kimi qiymətləndirilir .

Görüş zamanı əsas hansı məsələlər gündəmə gəlib? Toplantı hazırkı beynəlxalq problemlərin həllində nə kimi rol oynayıb?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov üç ölkənin xarici işlər nazirlərinin görüşünün şübhəsiz ki, Suriya məsələsi ətrafında baş tutduğunu bildirib. 

Siyasi şərhçinin sözlərinə görə, tərəflər Suriyada yeni formalaşan hökumətə beynəlxalq ictimaiyyətin münasibətini müzakirə ediblər:

“ABŞ Prezidenti Donald Trampın bu günlərdə Suriyaya qarşı sanksiyaların ləğv ediləcəyini bəyan etməsi və Türkiyənin bu addımı müsbət qarşılaması fonunda, Ankara Vaşinqtonun Suriya siyasətində daha da yumşalma olmasını arzulaya bilər. Hətta Suriyanın yenidən qurulması prosesində Türkiyənin ABŞ-dən iqtisadi və siyasi dəstək gözləməsi də mümkündür”.

Müsahibimiz Suriyada hələ də terrorçu qrupların mövcudluğu faktının qaldığını və bu baxımdan Türkiyənin ABŞ-dən təhlükəsizlik sahəsində əməkdaşlıq gözləntisi olduğunu deyib. 

O qeyd edib ki, baxmayaraq, PKK özünü buraxdığını açıqlayıb, hələ də silahlı fəaliyyətini dayandırmayıb:

“Üstəlik, bu qərarın PKK-nın PYD, KCK və YPG kimi qollarına da şamil olunub-olunmaması sual altındadır. Belə əməliyyatların həyata keçirilməsi üçün isə ABŞ-nin razılığı və dəstəyi vacibdir. Ümumilikdə, Suriya məsələsi ətrafında kifayət qədər ciddi və strateji əhəmiyyətli danışıqlar aparılır. Suriya hakimiyyətində baş verən dəyişiklikdən sonra Ankara artıq Dəməşqi yalnız regional güc kimi deyil, həm də beynəlxalq siyasi arenada önəmli aktora çevirməyə çalışır. Bu məqsədlə də ABŞ ilə daha sıx əməkdaşlıq qurmaq və Vaşinqtonun siyasi dəstəyini əldə etmək niyyətindədir. Təbii ki, ABŞ Türkiyəyə müəyyən güzəştlər edəcəksə, Ankara da qarşılığında Amerikanın bölgədəki maraqlarını nəzərə alacaq”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 May 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri