Fidan: S 400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan S-400 zenit-raket kompleksləri ilə bağlı məsələnin həlli üçün Rusiya ilə dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib.
Teleqraf xəbər verir ki, nazir bu barədə "The National" nəşrinə müsahibəsində danışıb.
“Rusiya ilə konstruktiv danışıqlar aparmaq lazımdır”, - deyə Fidan vurğulayıb.
Onun sözlərinə görə, S-400 sistemləri ilə bağlı mövcud məsələlərin həlli qarşılıqlı dialoq və danışıqlar yolu ilə mümkündür.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Ankara arasında S-400 zenit-raket kompleksləri mövzusunda təmasların davam etdiyini və müzakirələrin gələcəkdə də aparılacağını bildirmişdi.
Xatırladaq ki, Türkiyənin Hürriyet qəzeti Ankaranın Rusiyadan aldığı S-400 sistemlərini Fars körfəzi ölkələrindən birinə satdığı barədə məlumat yayıb. Rəsmi Ankara isə bu iddialara münasibət bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 İyul 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















