FIFA 2035 ci il Qadınlararası Dünya çempionatının ev sahibini müəyyənləşdirir
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Qadınlar arasında futbol üzrə 2035-ci il dünya çempionatının ev sahibinin müəyyənləşdirilməsi prosesi yekun mərhələyə çatıb. FIFA İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın birgə namizədliyini təsdiqləməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, qərarın bu gün keçiriləcək FIFA-nın növbədənkənar konqresində qəbul olunması gözlənilir. Böyük Britaniya turnirə ev sahibliyi etmək üçün yeganə namizəddir.
Dünya çempionatının 39 gün davam etməsi planlaşdırılır. Yarışda 48 milli komanda iştirak edəcək və ümumilikdə 104 qarşılaşma keçiriləcək.
Namizədlik sənədində oyunların təşkili üçün 19 stadion nəzərdə tutulub. Onlardan 14-ü İngiltərədə, ikisi Şotlandiyada, ikisi Uelsdə, biri isə Şimali İrlandiyada yerləşir. Əlavə layihələr həyata keçiriləcəyi təqdirdə stadionların sayı 22-yə çata bilər.
FIFA təqdim olunan namizədliyi beş mümkün baldan 4,3 balla qiymətləndirib. Bununla belə, təşkilat vergi güzəştləri, təhlükəsizlik və hökumət zəmanətləri ilə bağlı həllini gözləyən məsələlərin olduğunu da qeyd edib.
Dörd futbol assosiasiyası birgə namizədlik sənədlərini 28 noyabr 2025-ci ildə təqdim edib. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya hökumətləri də turnirin təşkilinə dəstək verirlər.
Eyni konqresdə qadınlar arasında 2031-ci il dünya çempionatının ev sahibi də müəyyənləşdirilməlidir. Həmin yarışın təşkili üçün ABŞ, Meksika, Kosta-Rika və Yamayka birgə namizədlik irəli sürüblər.
Qeyd edək ki, Böyük Britaniya böyük futbol turnirinə birgə ev sahibliyi etmək təcrübəsinə malikdir. 2023-cü ilin oktyabrında UEFA 2028-ci ildə keçiriləcək kişi futbolu üzrə Avropa çempionatının təşkilini İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiya Respublikasına həvalə edib.
Bu beş futbol assosiasiyası daha əvvəl 2030-cu ildə keçiriləcək kişi futbolu üzrə dünya çempionatına birgə ev sahibliyi etmək imkanını da nəzərdən keçirib. Lakin 2022-ci ilin fevralında bu plandan imtina edərək diqqəti AVRO-2028-in təşkilinə yönəldiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Noyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















