Icma.az
close
up
RU
Vyetnamla əlaqələr gələcəyə hesablanmış münasibətlərin nəticəsidir

Vyetnamla əlaqələr gələcəyə hesablanmış münasibətlərin nəticəsidir

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin özünəməxsus dəyəri ilk növbədə, zamanın sınağından çıxmış dostluğa, qarşılıqlı hörmətə və xalqlarımızın yaddaşında qorunan xoş xatirələrə söykənməsindədir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində məhz bu tarixi bağlılığın ardıcıl siyasi dialoq və yeni əməkdaşlıq imkanları ilə tamamlandığı aydın görünür:

“Dövlət başçısının xatırlatdığı 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında dostluğun möhkəm təməlinin formalaşmasında mühüm mərhələlər olub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərinin geniş proqramı, ölkənin müxtəlif bölgələrini əhatə etməsi və əldə olunan razılaşmaların iqtisadi inkişafa verdiyi töhfə onun uzaqgörən siyasi düşüncəsinin miqyasını nümayiş etdirir. Bu faktlar göstərir ki, Azərbaycan-Vyetnam əlaqələri təsadüfi yaxınlaşmanın deyil, gələcəyə hesablanmış münasibətlərin nəticəsidir. Sonrakı illərdə də həmin siyasi irs qorunub saxlanılıb, dövlətlərarası təmaslar və qarşılıqlı səfərlər vasitəsilə əməkdaşlıq yeni məzmun qazanıb. Bu tarixi xəttin davamlılığı iki ölkənin siyasi münasibətlərinə xüsusi etibarlılıq verir və yeni təşəbbüslərin daha möhkəm əsas üzərində qurulmasına şərait yaradır”.

Millət vəkili bildirib ki, müsahibədə diqqət çəkən əsas məqamlardan biri münasibətlərin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə bağlı səsləndirilən fikirlərdir:

“2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi iki ölkənin gələcək əməkdaşlığına aydın siyasi istiqamət verib. Bu sənəd diplomatik münasibətlərin yüksək səviyyəsini təsdiqləməklə yanaşı, energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik sahələrində konkret təşəbbüslər üçün imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət başçılarının dialoqu hökumətlərarası komissiyalar, aidiyyəti qurumlar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıqla tamamlanır. Bu mexanizmlər tərəfdaşlığı real layihələrlə zənginləşdirir. Azərbaycanın Vyetnamın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşması, Vyetnamın isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək verməsi münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu təsdiqləyir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi möhkəm və ədalətli mövqe Azərbaycan tərəfindən minnətdarlıqla xatırlanır. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlıq da bu siyasi yaxınlığı möhkəmləndirir. Bakı ilə Hanoy münasibətləri ortaq maraqlara və beynəlxalq hüquqa hörmətə əsaslanır. Qarşıdakı rəsmi səfərin əhəmiyyəti də məhz bu zəminlə bağlıdır. Prezidentin müsahibəsində ifadə olunan gözlənti ondan ibarətdir ki, səfər mövcud siyasi iradəni yeni praktiki nəticələrlə möhkəmləndirəcək və tərəfdaşlığın sahələrini genişləndirəcək. Vyetnamla Azərbaycanın imkanlarının uzlaşdırılması yeni bazarlara çıxış və birgə təşəbbüslər üçün şərait yaradır. Tarixi dostluğun strateji tərəfdaşlığa çevrilməsi Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xəttinin mühüm göstəricisidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri