FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 11 iyun, AZƏRTAC
FIFA beynəlxalq transferlərlə bağlı yeni qaydaları təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər futbolçuların müqavilələrinin pozulması hallarında kompensasiyanın hesablanması və transfer prosesində oyunçuların hüquqlarını əhatə edir.
Yeni qaydalara əsasən, müqavilə öhdəliklərinin pozulmasından zərər çəkən tərəf tam kompensasiya almaq hüququna malik olacaq. Həm futbolçular, həm də klublar üçün kompensasiyanın məbləği obyektiv meyarlar əsasında müəyyənləşdiriləcək.
Bundan əlavə, beynəlxalq transferlər zamanı futbolçular transfer məbləğinin 5 faizini əldə edə biləcəklər. İllik sabit gəliri 150 min avrodan az olan oyunçular üçün bu ödəniş məcburi xarakter daşıyacaq.
Qeyd edək ki, yeni qaydalar FIFA, FIFPro, UEFA, Avropa Klublar Assosiasiyası (ECA) və Dünya Liqalar Assosiasiyası (WLA) arasında aparılan danışıqlardan sonra hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 İyun 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















