FİFA dan DÇ 2026 üçün sərt qadağa
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Futbol Federasiyası (FİFA) bir neçə gün sonra (11 iyun) start götürəcək dünya çempionatında qapıçıların zədələnməsi səbəbindən yaranan fasilələrdən taktiki məsləhətləşmələr üçün istifadə olunmasına rəsmən qadağa qoyub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, yeni qaydaya əsasən, qapıçıya tibbi yardım göstərilən zaman sahə oyunçuları ehtiyat oyunçular skamyasına yaxınlaşa və məşqçilər qərargahı ilə ünsiyyət qura bilməyəcəklər.
Bu yeniliyin əsas məqsədi vaxtın süni şəkildə uzadılmasının qarşısını almaq və əvvəllər məşqçilər tərəfindən meydanda taktikanı dəyişmək üçün istifadə olunan qeyri-rəsmi fasilələri aradan qaldırmaqdır.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq.
Baxış sayı:131
Bu xəbər 01 İyun 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















