FİFA Elxan Məmmədovun imzası ilə Ukraynaya üzr məktubu göndərdi Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
FİFA Ukrayna Futbol Federasiyasından üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb ali futbol qurumunun 2026-cı ilə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatmasının keçirildiyi mərasimində yol verdiyi yanlışlıqdır.
Belə ki, FİFA həmin mərasimdə təqdim etdiyi xəritədə Krım Rusiya ərazisi kimi göstərilmişdi.
Bundan sonra ukraynalılar ali futbol qurumuna narazılıq məktubu göndərmişdi.
FİFA da həmin məktubu cavabsız qoymayaraq Ukrayna Futbol Federasiyasından üzr istəyib: “Biz sizin məktubu aldıq və bunu diqqətimzə çatdırdığınız üçün təşəkkür edirik. Həmin xəritə xarici xidmət provayderi tərəfindən hazırlanıb. Problemi bildikdən sonra onu həll etməyə çalışdıq. Fotonun yayımdan qaldırılması üçün addımlar atdıq. Gələcəldə bu cür səhvlərin baş verməməsi üçün təhlillər apardıq. Biz məsələnin nə qədər həssas olduğunu bilirik. Qəsdən olmamasına baxmayaraq onun vurduğu mənəvi ziyana görə də təəssüf hiss keçiririk”.
Maraqlıdır ki, məktub Ukrayna Futbol Federasiyasına AFFA-nın sabiq baş katibi, hazırda FİFA-nın üzv assosiasiyalarla qarşılıqlı əlaqə şöbəsinin rəhbəri Elxan Məmmədovun imzası ilə göndərilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















