FIFA malayziyalı oyunçuların sanksiyasını qüvvədə saxladı: Siyahıda Azərbaycanda oynamış futbolçu da var
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Apellyasiya Komitəsi Malayziya millisinin yeddi futbolçusuna qarşı sanksiyaları qüvvədə saxlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, futbolçuların apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, FIFA daha əvvəl Malayziyalı oyunçuları sənədləri saxtalaşdırdıqlarına görə 12 ay diskvalifikasiya edib.
Bunlar Fakundo Qarses, Qabriel Felipe, Rodriqo Olqada, İmanol Maçuka, Joau Fiqeyredu, Hektor Hevel və “Sabah”ın sabiq üzvü Con İrasabaldır.
Qeyd edək ki, 2022-ci ildən “bayquşlar”ın formasını geyinən Con İrasabal bu müddət ərzində 98 oyunda meydana çıxıb, altı qola imza atıb. O, “Sabah”la birgə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















