FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik Ayxan Abbasov
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Millimiz "FİFA Series"də növbəti oyununa çıxacaq.
“Football-plus.az” xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov media önünə çıxıb.
- İkinci oyunumuza çıxırıq. Evdə oynayacağıq. Rəqib bu dəfə fərqlidi. Reytinq baxımdan bizdən öndədilər. Optimal heyətlə gəliblər. Futbolçuların bir-birinə uyğunlaşması, istək, ciddiyət daha artıq olacaq. Sabah son məşqi edib tam hazır olacağıq.
- İlk oyunda yağış problem yaratmışdı.
- Düz dediz. Meydança da, hava da ağır oldu. Rəhmandan başqa hamını dəyişdik. Sonradan meydana daxil olanlar da tempi qorudular.
- Rəqibin hansı üslübda oynadığını bilmirəm. 4 cümləlik izah edə bilərsən?
; Milli komandamız ilk dəfədi Afrika komandası ilə qarşılaşır. Bu da bizim üçün yenilik olacaq. Rəqib reytinqdə bizdən üstündü. Fransa Liqa 1-də oynayanları var. Topla oynamağı bacaran futbolçuları var.
- İlk oyunda sonradan meydana daxil olanları sabah startda görə bilərik?
- Dəyişiklik olacaq. Fikrimizdə bəlli heyət var. İlk oyunda Aleksey və Anton meydanda olmadı. 3-4 gündən bir oyun olanda hamı hazır olmalıdı. Sabah dəyişiklik olacaq.
- Sabahkı oyunda hədəf nə olacaq?
- Qələbəyə oynayacağıq. Amma yoldaşlıq görüşlərində inkişaf etmək də vacibdi. Rəsmi oyunlarda dəyişiklik çətindi.
- Litva və Lixtenşteynlə oyunlara köməkçilər göndərmisiz?
- Yay toplanışında rəqibləri yaxından izləmək planımız var. Ola bilər ki, özüm də gedim. Lixtenşteyn Tanzaniyanı məğlub etdi. Litva və Gürcüstan da oynayır. Əzmkarlıq, ruh, döyüşkənlik vacibdi.
- 90 dəqiqə ərzində bərabərlik olsa, uğurlu nəticə kimi hesab etmək olar?
- Bu turnirdə bərabərlik olsa, penaltilər seriyası olacaq. Hər bir rəqibə hörmətlə yanaşırıq.
- Ayxan Abbasov üçün sabahkı oyunda qələbə nə dərəcədə önəmlidi?
- Çox böyük sevincdi. Hər məşqçinin arzusudu. İlin sonuna qədər rəqiblər imkan verir ki, yaxşı statistika çıxaraq.
- Müqavilənizin müddəti barədə hələ də məlumat yoxdu…
- “Şamaxı” ilə müqaviləm yayda bitir. U-21-də başlanışdıq. Qalan detallar… Bu turnir önəmlidi. Vaxt-zaman lazımdı. İlin sonuna qədər bəlli olacaq.
- Güclü rəqiblərlə oynamamaq sonra problem yaratmaz?
- Məncə, problem olmaz. Fransa ilə iki dəfə oynamaq iki il bəsdi (gülür). Futbolçular çox əziyyət çəkdi. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Futbolçular da boş dayanmırlar.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:156
Bu xəbər 29 Mart 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















