Icma.az
close
up
RU
FİFA Türkiyənin bu klubuna 6 xallıq cəza verdi!

FİFA Türkiyənin bu klubuna 6 xallıq cəza verdi!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə təmsilçiləri bir-birinin ardınca üzücü xəbərlər almaqdadı.

Dünən FİFA-nın ''Sivasspor''a 3 dönəm üçün transfer cəzası verməsi xəbərini paylaşmışdıq. Bu olayın üstündən heç 24 saat ötmədən superliqanın daha bir təmsilçisinə cəza gəldi. Amma bu dəfə söhbət transfer yox, xal silmə cəzasından gedir.
Belə ki, FİFA-nın qərarı ilə ''Adana Dəmirspor''un hesabından 6 xal silinib! Bu faktı Türkiyə Futbol Federasiyası da təsdiqləyib. Cəzanın səbəbi rəsmi olaraq açıqlanmasa da, bəzi mənbələr bunun Yonas Svenssona olan borcun hələ də tam ödənilməməsi ilə bağlı olduğunu iddia edir.
Hazırda ''Beşiktaş''da top qovan 31 yaşlı norveçli müdafiəçi 2021-in yayından 2024-ün yanvarına qədər adanalıların uğurları üçün tər töküb. ''Adana Dəmirspor''un onsuz da buna qədər da aktivindən xal silinmişdi. TFF lisenziyalaşdırma proseduruna düzgün əməl etmədiyi üçün 3 və ''Qalatasaray''la oyunda meydanı yarımçıq tərk etdiyi üçün də 3 xal olmaqla ümumilikdə bu kluba 6 xallıq cəza vermişdi. Bu cəzalar üzündən adanalıların aktivində zatən cəmi 3 xal qalmışdı. FİFA-nın da cəzası əlavə olunduqdan sonra artıq klub mənfi 3 xala malikdi!
Çox ciddi maddi sıxıntılar yaşayan ''Adana Dəmirspor''un həm də transfer cəzası var. Sabiq baş məşqçi Patrik Klyuvertə olan borcu ödəmədiyi üçün kluba 3 dönəm transfer cəzası verilib. Zatən mövsümboyu sonuncu pillədə qərarlaşan ''Adana Dəmirspor''un elitanı tərk edəcəyi heç kimdə şübhə doğurmurdu. Klub artıq indidən gələn mövsüm üçün 1-ci liqanın oyunlarına hazırlaşa bilər. Amma bu gedişlə Adana təmsilçisi gələn il 1-ci liqada da autsayderlərdən olacaq.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri