FIFA ya boykot xəbərdarlığı
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Futbol Assosiasiyaları İttifaqı FIFA-nın Dünya çempionatına aid kommersiya hüquqlarının müəyyən hissəsini özəl investorlara vermək niyyətinə kəskin etiraz edib.
UEFA-ya daxil olan 55 milli futbol assosiasiyasının iştirakı ilə keçirilmiş fövqəladə toplantıda bildirilib ki, FIFA prezidenti Canni İnfantino sözügedən planı reallaşdırarsa, Avropa ölkələri qurumun keçirdiyi yarışlarda iştirakdan imtina edə bilər. Məlumata görə, bu mövqe iclas iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.
Mümkün boykot yalnız 2030-cu ildə təşkil olunacaq kişilər arasında Dünya çempionatı ilə məhdudlaşmır. Etiraz qərarı gələn il Braziliyada keçiriləcək qadınlar arasında Dünya çempionatı da daxil olmaqla FIFA-nın bütün turnirlərinə şamil oluna bilər. UEFA hesab edir ki, Dünya çempionatı futbol tarixinin ən nüfuzlu yarışlarından biridir və onun hüquqlarının özəl sərmayəçilərin kommersiya maraqlarına açılması qəbuledilməzdir.
FIFA-nın təşəbbüsünə Şimali və Mərkəzi Amerika, eləcə də Karib Hövzəsi Futbol Konfederasiyası — CONCACAF da qarşı çıxıb. UEFA-nın 55, CONCACAF-ın isə 41 üzvünün etiraz etməsi layihənin təsdiqlənməsi üçün FIFA daxilində lazımi səs çoxluğunun əldə olunmasını çətinləşdirə bilər.
XQ
Baxış sayı:43
Bu xəbər 01 Avqust 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















