Icma.az
close
up
RU
Fikrə zəkatı nə qədər çıxarılmalıdır?

Fikrə zəkatı nə qədər çıxarılmalıdır?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramazan ayının başa çatmasına sayılı günlər qaldıqca fitrə zəkatının verilməsi məsələsi də gündəmə gəlir. İslamda mühüm ibadətlərdən biri hesab olunan fitrə zəkatı Ramazan bayramı ərəfəsində ehtiyacı olan insanlara yardım məqsədi daşıyır.

Bəs fitrə zəkatı nə zaman və hansı qaydada çıxarılmalıdır?

QMİ sədrinin müavini, hacı Fuad Nurullayev Bakıvaxtı.az-a bildirib ki, əgər sabahın bayram olduğu dəqiqləşirsə, həmin günün axşamı - yəni bayram günündən əvvəlki axşam gün batana qədər fitrə zəkatı çıxarılır.

Sədr müavininin sözlərinə görə, fitrə zəkatının çıxarılması vacibdir. İstər oruc tutanlar, istərsə də oruc tuta bilməyənlər fitrə zəkatı verməlidir. Ailə başçısı ailədə neçə nəfər varsa, həmin şəxslərin sayına uyğun olaraq fitrə zəkatı çıxarmalıdır. Burada yaşın əhəmiyyəti yoxdur. Evdə yeni dünyaya gəlmiş körpə belə olsa, ailədə neçə nəfər varsa, onların hər biri üçün fitrə zəkatı verilməlidir:

"Hətta bayram axşamı qonaq gəlsə və şam namazına qədər həmin evdə qalsa, o qonağın da adına fitrə zəkatı çıxarılması tövsiyə olunur.

Fitrə zəkatının məbləği şəriət baxımından ərzaqla müəyyən edilir. Əsasən insanların ən çox istifadə etdiyi qida məhsulları əsasında hesablanır. Ərzaq pul ilə də əvəz oluna bilər. Ən çox istifadə olunan qidalardan biri çörəkdir, yəni buğda məhsulları. Maddi imkanı yaxşı olanlar isə buğdadan daha dəyərli məhsullarla - məsələn, xurma və ya kişmişlə də hesablaya bilərlər".

Hacı qeyd edib ki, hər bir şəxs üçün təxminən 3 kiloqram ərzaq miqdarı hesablanır. Məsələn, 3 kilo düyünün pulu nə qədər edirsə, həmin məbləğ hər adam üçün fitrə zəkatı kimi ayrılır.

Bu vəsait əsasən qohum-əqrəba arasında olan kasıblara, imkansız insanlara verilməlidir. Eyni zamanda qonşular, məhəllədə yaşayan və ehtiyacı olan insanlar da nəzərdə tutula bilər:

"Pul şəklində verilməsi ona görə məqsədəuyğun sayılır ki, ehtiyacı olan insanlar həmin vəsaitlə öz ailələrinin müxtəlif ehtiyaclarını ödəyə bilsinlər. Məsələn, bir ailəyə çoxlu miqdarda buğda, düyü və ya xurma vermək əvəzinə, pul verildikdə onlar həmin vəsaitlə özlərinə lazım olan ərzaqları, dərmanları və ya digər zəruri ehtiyacları ala bilərlər.

Fitrə zəkatının fəlsəfəsi də bundan ibarətdir. İmkanı olan insanlar bayram ərəfəsində fitrə zəkatını çıxarır ki, onların qohumları, qonşuları və ətrafındakı ehtiyacı olan insanlar da bayramı rahat şəkildə qeyd edə bilsinlər".

Müsahibimiz vurğulayıb ki, bu ibadətin mahiyyəti həm də ehtiyacı olan insanlara diqqət göstərmək, kasıblara kömək etmək, paylaşmaq və yardımlaşmaqdır. Beləliklə, insan həm maddi, həm cismani, həm də mənəvi baxımdan ibadətini tamamlamış olur:

"Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, orta hesabla bir nəfər üçün 10-15 manat civarında fitrə zəkatı çıxarılması tövsiyə olunur. Bu, sadəcə tövsiyədir. Hər bir insan öz imkanına uyğun olaraq məbləği müəyyən edə bilər".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri