Icma.az
close
up
RU
“”Filan yerdə vəziyyətə baxıram” düşüncəsi yığışdırılmalıdır” Ekspertdən Göygöldəki qəza ilə bağlı ŞƏRH VİDEO

“”Filan yerdə vəziyyətə baxıram” düşüncəsi yığışdırılmalıdır” Ekspertdən Göygöldəki qəza ilə bağlı ŞƏRH VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Dünən gecə saatlarında Göygöldə baş verən iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan beynəlxalq avtomobil yolunun Bəhrambağ-Yeni Qızılca ərazisindən keçən hissəsində noyabrın 3-ü saat 00:30 radələrində qeydə alınıb. Məlumata görə, ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb. Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib. Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub. Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:

“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”

Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak olub. Digər iki gənc 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub.

Baş verən hadisə ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az saytının sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, hadisənin 2 gəncin ölümü və 2 nəfərin də ağır xəsarət alması ilə nəticələnməsi narahatlıq doğurur:

“Baş verən hadisə çox dəhşətlidir. Hadisədə ölənlərdən birinin də əmisi oğlunun da yaxınlarda naməlum şəraitdə meyidi tapılıb. Çox biabırçı vəziyyətə gəlib çıxmışıq. İnsanlara bu qədər xəbərdarlıq edilir, bu qədər maarifləndirmə işləri görülür. Gənclər, yeniyetmələr bütün günü sosial şəbəkələrdədirlər, ancaq necə olur ki, bu qədər bütün ölkə üzrə yayılan maarifləndirici materiallardan, xəbərdarlıqlardan, qanun və qaydalardan xəbərsiz olurlar? Ya da onlar ümumiyyətlə xəbər tutmaq istəmirlər nədənsə. Valideynlər övladlarını belə məsələlərdə məlumatlandırmalıdır, avtomobillə oynamaq olmaz, avtomobil riski sevmir. Bizi həqiqətən bu məsələ narahat edir. 2 gənc. Ölənlərdən biri tələbə imiş, məzun olacaqmış. Orta məktəbdə oxuyan var, bu il o da məktəbi bitirəcəkmiş. Bu adamlar özlərini kimi göstərir? Necə olur bu adamlarla biz mübarizə apara bilmirik?”

Ekspert onu da vurğulayıb ki, ümumilikdə Gəncəbasar zonasında çox ciddi problemlər yaşanmaqdadır:

“Mən düşünürəm ki, o zona ilə bağlı polis xüsusi tədbirlər həyata keçirməlidir. Cinayətə meyilli şəxslər aşkarlanmalıdır. Qayda pozuntularına, olmaz deyilən şeyləri etməyə meyilli olan şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. “Mən avtoritetəm, mən “vor v zakone”yəm, mən filan yerdə vəziyyətə baxıram, mən qayda-qanun saymıram” düşüncələri yığışdırılmalıdır. Bu cür düşüncə artıq insan həyatının məhvi ilə nəticələnir. Orta məktəblərə baxın, 16-17 yaşında uşaq bıçaqlanıb öldürülür, öldürən də kim olur, ölənin öz məktəb yoldaşı. Bu adam 17 yaşında cibində bıçaq gəzdirirsə, 27 yaşında artıq avtomatla gəzər və ürəyi istəyəni vurub öldürər. Bu zona ilə bağlı ciddi addımlar atılmalıdır. Gəncəbasar mərd insanların zonasıdır. Bu bölgədə necə igidlər yetişib, minlərlə şəhidlərimiz, qazilərimiz var. Vətən müharibəsində Gəncə o ağır zərbələrə qəhrəmancasına dözdü. Amma di gəl ki, içərisindən cavan, yeniyetmələr çıxır, belə neqativ mənzərə yaradır”.  

Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Noyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri