Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ceyla Seyidovanın Qış Tangosu solo konserti keçiriləcək VİDEO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
7 dekabr 2025-ci il tarixində, saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsert zalında Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın "Qış Tangosu" solo konserti baş tutacaq.
Tədbir dünya şöhrətli bəstəkar Astor Piasollanın yaradıcılığına həsr olunub.
Konsert proqramında tamaşaçıları klassik və caz musiqisinin sintez olunduğu, yüksək peşəkarlıq və enerjili ifalarla zəngin axşam gözləyir. Səhnədə Ceyla Seyidovanı tanınmış musiqiçilər müşayiət edəcək.
Tədbirin xüsusi qonaqları arasında Ruslan Ağababayev, Samirə Aşumova, Ülviyə Dadaşova, Nərgiz Kərimova, Samirə Dbila-Budaqova, Xəyal Əliyev, Arslan Novrasli, Elvin Başirov və Aleksey Miltıx yer alır.
Biletlər əldə etmək üçün https://iticket.az/events/concerts/ceyla-seyidova/177396
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















