Icma.az
close
up
RU
Filarmoniyada “Maestroya sevgi ilə” adlı konsert təşkil edilib AZƏRTAC

Filarmoniyada “Maestroya sevgi ilə” adlı konsert təşkil edilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı,17 dekabr, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş “Maestroya sevgi ilə” adlı musiqi gecəsi keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Konsertdə V.Mustafazadə ənənələrinin davamçısı sayılan, istedadlı cazmenlər Xalq artisti Salman Qəmbərov, Əməkdar artistlər Şahin Növrəsli, Emil Əfrasiyab, İsfar Sarabski, Moskva Dövlət Akademik Filarmoniyasının solisti Riad Məmmədov öz təfsirlərində rəngarəng harmoniyalar, müxtəlif yeni səs çalarları, milli üsluba xas xırdalıqlar, muğam və cazın ən yüksək səviyyədə vəhdətini təqdim ediblər.

Gecədə bəstəkarın yaradıcılığına xas olan coşqu və eyni zamanda, lirik, nəcib hislər musiqi dili ilə bir-birini əvəz edib. Eyni zamanda, Əməkdar artist Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov və Həsən Bilalov (zərb alətləri), konsertin qonağı Rusiyadan dəvət olunan əfsanəvi caz ifaçısı Yakov Okun dəyərli fikirləri və özünəməxsus improvizəsi ilə musiqi gecəsinə yeni bir rəng qatıblar.

Tədbiri lirik ruhda davam etdirən aparıcı isə Əməkdar artist Firdovsi Atakişiyev olub. Konsertdə Vaqif Mustafazadənin “Muğam”, “Xatirələr”, “Əzizənin intizarında”, “Bahar”, “Aman ovçu” əsərləri, eləcə də “Vaqif Mustafazadəyə həsr olunmuş əsər” və John Coltranenin məşhur əsərləri səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:339
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri