Icma.az
close
up
RU
Filarmoniyanın səhnəsində COP29a həsr edilmiş konsert olub

Filarmoniyanın səhnəsində COP29a həsr edilmiş konsert olub

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Solistlər Səid Məmmədov (skripka) və İrina Mehdiyeva (piano) olublar.

Konsert proqramına klassik musiqi şedevrləri və müasir musiqi ənənələrini ahəngdar şəkildə birləşdirən Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri - Cakomo Puççininin “Xrizantema”, Klod Debüssinin “Ay işığı”, Vaqif Mustafazadənin “Mart”, Antonio Vivaldinin “Fəsillər” silsiləsindən “Qış”, Astor Piazzollanın “Fəsillər” silsiləsindən “Bahar” əsərləri daxil edilib.

Avstriya bəstəkarı Robert Fuksın Bakı səhnəsində ilk dəfə səsləndirilən 3 nömrəli Serenada - “opus 21” əsərinə xüsusi diqqət yetirilib.

Gecə çoxlu sayda qonaqları, mədəniyyət və incəsənət xadimlərini, bakılıları, eləcə də paytaxtın qonaqlarını bir araya toplayıb.

Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov AZƏRTAC-ın müxbiri ilə söhbətində konsertlə bağlı təəssüratlarını bölüşüb: “Bizim hazırlıqlı, yüksəksəviyyəli musiqiçilərdən ibarət yaxşı komandamız var. Kamera repertuarı kifayət qədər genişdir: orkestrin ehtiyatını və musiqi üfüqlərini genişləndirir. Digər tərəfdən, bu, müxtəlif üslublarda yazılmış musiqidir. Dinləyicilərimizə estetik zövq bəxş etməyə çalışırıq. Bizim funksiyamız həm də maarifləndiricidir: Azərbaycan musiqisini eyni vaxtda populyarlaşdırmaqla, mümkün qədər çox bəstəkarın müxtəlif üslublarda yaratdığı və bir çox ölkələrin musiqi əsərlərini ifa etməyə çalışırıq. Tamaşaçı dinləyirsə və bundan həzz alırsa, demək ki, biz düzgün yoldayıq və bu, həm də bizi ruhlandırır.

İstərdik ki, daha çox parlaq solistlər olsun. Səid Məmmədov çox istedadlı, parlaq skripkaçı və musiqiçidir. Azərbaycan mədəniyyəti dərin və inanılmaz dərəcədə çoxşaxəlidir. Ona görə də gözəl musiqiçilərimiz yetişir. Biz həmişə yüksək səviyyədə çıxış etməyə çalışırıq ki, insanlar bizim konsertlərimizə gəlməkdən zövq alsınlar”.

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti İrina Mehdiyeva da son konsertlə bağlı fikirlərini bölüşüb: “Filarmoniyanın səhnəsində çıxış etmək həmişə xoşdur. Yaradıcılıq prosesində tez-tez qastrol səfərlərində oluruq, lakin ən yaxşı olanı ev səhnəsidir. Ən tələbkar tamaşaçı sizi çoxdan tanıyandır və bu, böyük məsuliyyətdir. Hər şeyin yaxşı getdiyinə çox şadam. Konsert gözəl alındı, maestro əla proqramlar seçdi”.

Onun həmkarı Səid Məmmədov da tədbirin əhəmiyyətini vurğulayıb.

“İlk növbədə, COP29-a həsr olunmuş konsertə görə Filarmoniyanın rəhbərliyinə təşəkkür etmək istəyirəm. Proqram bu axşam üçün məxsusi seçilib. Mən maestro Fəxrəddin Kərimova xüsusi təşəkkürümü bildirmək istəyirəm”, - deyə o, AZƏRTAC-a müsahibəsində qeyd edib.

Konsert, şübhəsiz ki, sənət prizmasından ətraf mühit problemlərinə diqqət çəkib. Təşkilatçılar ümid edirlər ki, musiqi qlobal problemlərin həllində insanları birləşdirəcək universal bir dilə çevriləcək. Əsərlərdə yerləşdirilmiş təbiət təsvirləri və onun dəyişkənliyi bizi ətraf mühitin mühafizəsinin zəruriliyi haqqında düşünməyə vadar edirdi.

Qeyd edək ki, noyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş növbəti konsert olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri