Filipe Luis “Atletiko”ya rəhbərlik edə bilər
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Flamenqo”nun baş məşqçisi Filipe Luis gələcəkdə “Atletiko Madrid”ə rəhbərlik edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Məlumata görə, İspaniya klubunun rəhbərliyi mütəxəssisin təkcə peşəkar keyfiyyətlərini deyil, həm də şəxsi xüsusiyyətlərini yüksək qiymətləndirir.
Mənbənin məlumatına görə, Luis Dieqo Simeonenin komandadan getməyə qərar verəcəyi təqdirdə baş məşqçi postunu tutmağa əsas namizədlərdən biri kimi görünür.
Qeyd edək ki, “Flamenqo” Filipe Luisin rəhbərliyi altında Braziliya kubokunu və Superkubokunu, eləcə də Rio-de-Janeyro əyalət çempionatını qazanıb.
Xatırladaq ki, futbolçu kimi braziliyalı “Atletiko”da səkkiz mövsüm keçirib və klub daxilində hörmətli bir fiqur olaraq qalır.

Torres “Atletiko”ya rəhbərlik edə bilər
19 Noyabr 2024 23:43
Yurgen Klopp “Atletiko”ya rəhbərlik edə bilər İdmanXəbər
19 Noyabr 2024 12:41
“Atletiko”ya argentinalı hücumçu
14 Mart 2025 15:27
Atletiko ya keçməyə razıdır
18 İyun 2025 23:00
“Atletiko”ya “hə” dedi
19 İyun 2025 13:47

