Finaldan sonra hamı bu uşaqdan danışır FOTOLAR
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÇ-2026-nın finalında İspaniya Argentinanı matçından (1:0) sonra Lamine Yamalın 3 yaşlı qardaşı Kenye (Keyne) Yamal diqqət mərkəzinə düşüb.
"Yeni Sabah" xəbər verir ki, turnir boyu tribunada və meydan kənarında tez-tez kameralara tuş gələn Kenye final fiti çalınan kimi qardaşının yanına qaçaraq onunla qucaqlaşıb.
Onun əl çalması, sevinci və səmimi davranışları sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. Dünya mediası onu hətta turnirin "ən sevimli azarkeşi" adlandırıb. pizza sifarişi
Kenye Yamalın hazırda 3 yaşı var. O, Lamine Yamalın anası Şeyla Ebananın ikinci evliliyindən olan övladıdır. Buna görə də Lamine və Kenye ana bir, ata ayrı qardaşdır. Onların yaş fərqi təxminən 16 ildir.
Lamine Yamal dəfələrlə qardaşı ilə xüsusi münasibətindən danışıb. O bildirib ki, Kenye onun üçün sadəcə qardaş deyil, "demək olar ki, oğlum kimidir".
Kenye son aylarda təkcə Dünya Kubokunda deyil, "Barselona"nın oyunlarında, mükafatlandırma mərasimlərində və müxtəlif futbol tədbirlərində də tez-tez Lamine Yamalın yanında görüntülənib. Azarkeşlər onun şən hərəkətlərini, qardaşına olan sevgisini və kameralar qarşısındakı rahat davranışlarını böyük maraqla izləyirlər.
Finaldan sonra Kenyenin qardaşına qaçaraq onu qucaqlaması və Dünya Kuboku kuboku ilə çəkdirdiyi görüntülər qısa müddətdə sosial şəbəkələrdə viral olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 İyul 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















