Icma.az
close
up
RU
“Financial Times”: COP29un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı FOTO

“Financial Times”: COP29un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı FOTO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Dünyanın ən aparıcı media orqanları Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günündə əldə olunan ilk böyük uğurdan – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunmasından yazıb.
Bizim.Media xəbər verir ki, “Financial Times” nəşrinin məqaləsində qeyd olunur: “COP29 iqlim sammitində BMT-nin tullantılara dair qaydaları ilə idarə olunan çoxmilyardlıq karbon bazarlarının işə salınması ilə bağlı razılaşma əldə olundu. Ölkələr keçən həftə Donald Trampın seçilməsinə baxmayaraq, gələcəkdə də iqlim dəyişikliyi ilə mübarizənin davam edəcəyini göstərməyə çalışırlar. İlk danışıqlarda əldə edilən irəliləyiş COP29-un karbon emissiyalarını təmsil edən ticarət alətləri üçün qlobal bazarda qaydaları qəbul etməyə təkan verdi.
Karbon ticarəti digər maliyyə növləri üzrə sərt danışıqlar ərəfəsində COP29-a ev sahibliyi edən Azərbaycan üçün qalibiyyətlə, böyük çirkləndiricilərə emissiyalarını azaltmağa kömək etməklə yanaşı, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün ehtiyac duyacağı nağd pulun bir hissəsini toplaya bilər”.
Nüfuzlu Britaniya nəşri karbon data provayderi “Veyt” şirkətinin analitiki Fitri Vulandriyə istinadla yazır ki, bu, “COP29-da əməkdaşlıq və tərəqqinin nadir parlaq nöqtəsi” idi.
“Reuters” agentliyinin əməkdaşları Virginiya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə qeyd olunur: “İki həftə davam edəcək COP29 iqlim sammitində ölkələr bazar ertəsi günü istixana qazı emissiyalarını azaldan layihələri maliyyələşdirəcək BMT-nin dəstəklədiyi qlobal karbon bazarının işə salınması üçün vacib olan karbon krediti keyfiyyət standartlarına icazə verdilər.
Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Donald Trumpın ABŞ seçkilərində qələbəsi gözləntiləri azaltsa da, hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir”.
Məqalədə meksikalı iqlimşünas, hazırda “Abatable” şirkətinin məsləhətçisi Xuan Karlos Brunun sözlərinə istinadla qeyd olunur ki, karbon kreditləri nəzəri olaraq ölkələrə və ya şirkətlərə planetin istənilən yerində CO2 emissiyalarını azaldan və ya onu atmosferdən çıxaran layihələr üçün ödəniş etməyə və öz emissiyalarını kompensasiya etmək məqsədilə həmin layihələrin yaratdığı kreditlərdən istifadə etməyə imkan verir.
“Reuters” qeyd edir ki, qlobal karbon bazarlarını dəstəkləyən bir işçi qrupu olan Beynəlxalq Emissiya Ticarət Assosiasiyası BMT-nin dəstəklədiyi bazarda ümumi ticarətin 2030-cu ilə qədər ildə 250 milyard dollar qazana biləcəyini və hər il 5 milyard metrik ton karbon hasilatını azalda biləcəyini vurğulayıb.
“Bloomberg” agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular.
Məqalədə vurğulanır: “Tərəfdarlar iddia edirlər ki, yeni bazar emissiya ticarəti üzrə “qızıl standart” təşkil edəcək, inkişaf etməkdə olan dünyada emissiyaların azaldılması layihələri üçün milyardlarla maliyyənin önünü açacaq. Əsasən varlı ölkələrdə olan alıcılar çirklənməni azaldan layihələrdən kredit almaqla öz iqlim məqsədlərinə çata biləcəklər.
2015-ci il Paris Sazişi çərçivəsində ilkin təkliflərdən sonra “Maddə 6.4” adlandırılan qaydalar, ölkələrin BMT-nin idarə etdiyi bazar vasitəsilə karbon kreditləri ilə necə ticarət etmələrini şərtləndirir.
“The Guardian” bu mühüm razılaşma ilə əlaqədar dərc etdiyi məqalədə COP29-un Prezidenti Muxtar Babayevin sözlərini sitat gətirir: “Biz bu müsbət məqamı alqışlayırıq. Bu, Bakıda aparacağımız bütün müzakirələrimizin uğuru üçün kompromis ruhudur”.
Məqalədə qeyd olunur: “Karbon bazarları iqlim siyasətində qütbləşdirici qüvvədir. Bu konsensusun tərəfdarları bildirirlər ki, o, planetin xilası üçün mühüm fondların yönəldilməsinə kömək edəcək. Karbon bazarı qaydalarına dair razılığa gəlmək səyləri - COP jarqonunda 6-cı maddə kimi tanınır”.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri