Icma.az
close
up
RU
COP29un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı “Financial Times”

COP29un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı “Financial Times”

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın ən aparıcı media orqanları Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günündə əldə olunan ilk böyük uğurdan - karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunmasından yazıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Financial Times" nəşrinin məqaləsində qeyd olunur:

"COP29 iqlim sammitində BMT-nin tullantılara dair qaydaları ilə idarə olunan çoxmilyardlıq karbon bazarlarının işə salınması ilə bağlı razılaşma əldə olundu. Ölkələr keçən həftə Donald Trampın seçilməsinə baxmayaraq, gələcəkdə də iqlim dəyişikliyi ilə mübarizənin davam edəcəyini göstərməyə çalışırlar. İlk danışıqlarda əldə edilən irəliləyiş COP29-un karbon emissiyalarını təmsil edən ticarət alətləri üçün qlobal bazarda qaydaları qəbul etməyə təkan verdi.

Karbon ticarəti digər maliyyə növləri üzrə sərt danışıqlar ərəfəsində COP29-a ev sahibliyi edən Azərbaycan üçün qalibiyyətlə, böyük çirkləndiricilərə emissiyalarını azaltmağa kömək etməklə yanaşı, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün ehtiyac duyacağı nağd pulun bir hissəsini toplaya bilər".

Nüfuzlu Britaniya nəşri karbon data provayderi "Veyt" şirkətinin analitiki Fitri Vulandriyə istinadla yazır ki, bu, "COP29-da əməkdaşlıq və tərəqqinin nadir parlaq nöqtəsi" idi.

"Reuters" agentliyinin əməkdaşları Virginiya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə qeyd olunur: "İki həftə davam edəcək COP29 iqlim sammitində ölkələr bazar ertəsi günü istixana qazı emissiyalarını azaldan layihələri maliyyələşdirəcək BMT-nin dəstəklədiyi qlobal karbon bazarının işə salınması üçün vacib olan karbon krediti keyfiyyət standartlarına icazə verdilər.

Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Donald Trumpın ABŞ seçkilərində qələbəsi gözləntiləri azaltsa da, hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir".

Məqalədə meksikalı iqlimşünas, hazırda "Abatable" şirkətinin məsləhətçisi Xuan Karlos Brunun sözlərinə istinadla qeyd olunur ki, karbon kreditləri nəzəri olaraq ölkələrə və ya şirkətlərə planetin istənilən yerində CO2 emissiyalarını azaldan və ya onu atmosferdən çıxaran layihələr üçün ödəniş etməyə və öz emissiyalarını kompensasiya etmək məqsədilə həmin layihələrin yaratdığı kreditlərdən istifadə etməyə imkan verir.

"Reuters" qeyd edir ki, qlobal karbon bazarlarını dəstəkləyən bir işçi qrupu olan Beynəlxalq Emissiya Ticarət Assosiasiyası BMT-nin dəstəklədiyi bazarda ümumi ticarətin 2030-cu ilə qədər ildə 250 milyard dollar qazana biləcəyini və hər il 5 milyard metrik ton karbon hasilatını azalda biləcəyini vurğulayıb.

"Bloomberg" agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular. Məqalədə vurğulanır: "Tərəfdarlar iddia edirlər ki, yeni bazar emissiya ticarəti üzrə "qızıl standart" təşkil edəcək, inkişaf etməkdə olan dünyada emissiyaların azaldılması layihələri üçün milyardlarla maliyyənin önünü açacaq. Əsasən varlı ölkələrdə olan alıcılar çirklənməni azaldan layihələrdən kredit almaqla öz iqlim məqsədlərinə çata biləcəklər.

2015-ci il Paris Sazişi çərçivəsində ilkin təkliflərdən sonra "Maddə 6.4" adlandırılan qaydalar, ölkələrin BMT-nin idarə etdiyi bazar vasitəsilə karbon kreditləri ilə necə ticarət etmələrini şərtləndirir.

"The Guardian" bu mühüm razılaşma ilə əlaqədar dərc etdiyi məqalədə COP29-un Prezidenti Muxtar Babayevin sözlərini sitat gətirir: "Biz bu müsbət məqamı alqışlayırıq. Bu, Bakıda aparacağımız bütün müzakirələrimizin uğuru üçün kompromis ruhudur".

Məqalədə qeyd olunur: "Karbon bazarları iqlim siyasətində qütbləşdirici qüvvədir. Bu konsensusun tərəfdarları bildirirlər ki, o, planetin xilası üçün mühüm fondların yönəldilməsinə kömək edəcək. Karbon bazarı qaydalarına dair razılığa gəlmək səyləri - COP jarqonunda 6-cı maddə kimi tanınır".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri