Icma.az
close
up
RU
Financial Times: “Ukrayna HHM i böhran yaşayır”

Financial Times: “Ukrayna HHM i böhran yaşayır”

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, ukraynalı və qərbli məmurlar Böyük Britaniyanın “Financial Times” nəşrinə açıqlamalarında belə deyiblər.
“Pilotsuz təyyarələrin istehsal obyektlərinə yay zərbələri Rusiyanın Amerikanın “Patriot” sistemlərinə daha effektiv müqavimət göstərmək üçün ballistik raketlərini necə təkmilləşdirdiyinin bariz nümunəsi idi”, - qəzet həmin mənbələrə istinadən yazır.
Məmurların fikrincə, dəyişikliklər “İsgəndər-M” mobil raket sistemlərinə (500 km-ə qədər zərbə məsafəsi) və havadan buraxılan “Kinjal” raketlərinə (480 km-ə qədər uçuş məsafəsi) təsir göstərib. İndi raketlər standart trayektoriya ilə hərəkət zamanı, uçuşun son mərhələlərində qəfil kursu dəyişir, dik bucaq altında dalır və ya manevrlər edir ki, bu da “Patriot” tutucu sistemlərinin işini çətinləşdirir.
- Bu cür təkmilləşdirmələr Rusiya üçün oyun qaydalarını dəyişir. Eyni zamanda, Kiyev Amerikanın hədəfləri tutan raketlərinin tədarükünün ləngiməsi ilə üzləşir”, - keçmiş ukraynalı məmurlardan biri söyləyib.
Ukrayna Hərbi Hava qüvvələrinin (HHQ) Londondakı İnformasiya Dayanıqlığı Mərkəzi tərəfindən topladığı məlumatlara görə, bu yay Rusiya ballistik raketlərinin ələ keçirilməsi səviyyəsi avqustda 37%-ə yüksəlib. Lakin daha az buraxılış fonunda isə, sentyabr ayında bu göstərici artıq 6%-ə düşüb. Ukrayna HHQ-nin məlumatına görə, oktyabrın 1-də Rusiyanın 4 “İskəndər-M” raketinin hamısı hədəflərinə çatıb.
- Rusiyanın zərbələri Kiyev və onun ətrafındakı ən azı dörd pilotsuz təyyarə istehsal edən müəssisəyə, o cümlədən Türkiyənin “Bayraktar” zavoduna ciddi ziyan vurub. Raketlər həmçinin dron komponentləri hazırlayan şirkətin ofislərinə, həmçinin Avropa İttifaqı (Aİ) nümayəndəliyinin və Britaniya Şurasının binalarına zərər yetirib”, - qəzet vurğulayır.
Hazırda “Patriot” kompleksi Ukraynanın arsenalında Rusiya ballistik raketlərini ələ keçirə bilən yeganə sistem olaraq qalır. Bununla belə, qərbli məmurların fikrincə, raketlərin tutulması effektivliyinin azalması Rusiya silahlarının modernləşdirilməsinin ilk əlamətidir.
WSJ: “Kiyev Rusiyanın dərinliklərini vura biləcək” ABŞ-nin Müdafiə Kəşfiyyatı agentliyinin xüsusi baş müfəttişinin hesabatında Ukrayna ordusunun Rusiyanın yeni taktikaları, o cümlədən manevrlər və trayektoriya dəyişiklikləri səbəbindən “Patriot” raketlərindən istifadədə çətinliklər yaşadıqları vurğulanır.
Bununla bağlı hesabatda iki misal göstərilir: iyunun 28-də yeddi raket buraxılıb, onlardan yalnız biri vurulub, iyulun 9-da isə 13 raket atılıb və onlardan yalnız yeddisi məhv edilib.
Mütəxəssislərin fikrincə, təkmilləşdirmələr çox güman ki, proqram təminatında korrektələr aparılması ilə bağlıdır. Oslo Universitetinin tədqiqatçısı Fabian Hoffman bildirib ki, “İskəndər-M” uçuşun terminal mərhələsində aqressiv manevrlər etmək qabiliyyətinə malikdir və istiqamətləndirmə sistemlərinin yenidən proqramlaşdırılması hədəfi vurmazdan əvvəl qəfil manevrlər etməyə imkan verir ki, bu da onu ələ keçirməyi çətinləşdirir.
Xatırladaq ki, bundan əvvəl adı açıqlanmayan amerikalı məmurlara istinad edən “Wall Street Journal (WSJ)” nəşri Rusiyanın sərhəddən uzaqda yerləşən enerji infrastruktur obyektlərinə qarşı uzaqmənzilli raket zərbələri üçün Ağ Evin kəşfiyyat məlumatlarını Ukraynaya ötürməyə razılaşdığını yazıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri