“FINCA Azerbaijan” komandası komanda ruhunu möhkəmləndirmək üçün toplaşıb” FOTO VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Komanda işi bacarıqlarının gücləndirilməsi, ünsiyyət və motivasiyanın artırılması, iş səmərəliliyinin yüksəldilməsi məqsədilə “FINCA Azerbaijan” komandası “Basqal Resort”da keçirilən teambuilding tədbirində bir araya gəlib.
Rəngarəng və interaktiv proqramdan ibarət olan tədbirdə iştirakçılar komanda ruhunu gücləndirən oyunlarda əməkdaşlıq, qərarvermə və tapşırıqların yerinə yetirilməsi bacarıqlarını nümayiş etdiriblər. Bu fəaliyyətlər həm komanda dinamikasını, həm də birlikdə düşünmə və problem həll etmə qabiliyyətlərini daha da möhkəmləndirib.
Tədbir, eyni zamanda, “FINCA Azerbaijan”a 12 il rəhbərlik etmiş Tim Tarrantın vəzifədən ayrılması münasibətilə təşkil olunmuş vida görüşü xarakteri daşıyıb. Komanda üzvləri çıxışlarında Tim Tarrantın uzun illər ərzində quruma verdiyi dəyərli töhfələri, liderlik üslubunu və təşkilatın inkişafında rolunu xüsusi olaraq qeyd ediblər.
Məlumat üçün bildirək ki, Timothy Tarrant “FINCA Azerbaijan”dakı fəaliyyətini 12 ildən sonra başa vurub. O, peşəkar karyerasına 2001-ci ildə başlayıb və 2013-cü ildən etibarən “FINCA Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatının icraçı direktoru vəzifəsini icra edib. Bu illər ərzində o, “FINCA”nın üç fərqli ölkəsində ölkə direktoru kimi fəaliyyət göstərib, həmçinin maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və Audit Komitəsinin üzvü olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















