Finlandiya 2026 cı ildən daimi yaşayış icazəsi almaq qaydalarını sərtləşdirəcək
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Finlandiya hökuməti daimi yaşayış icazəsi almaq üçün şərtləri dəyişdirən qanun layihəsini təsdiqləyib. Yeni qaydalar 2026-cı il yanvarın 8-dən qüvvəyə minəcək.
Bu barədə “Report” Finlandiya mətbuatına istinadən xəbər verir.
Dəyişikliklərə əsasən, daimi yaşayış icazəsi əldə etmək üçün aşağıdakılar tələb olunacaq: Finlandiyada 6 il fasiləsiz yaşayış (indi 4 ildir); fin və ya isveç dilini qənaətbəxş səviyyədə bilmək; ən azı iki il iş təcrübəsi.
Aşağıdakı şərtlərdən biri yerinə yetirildikdə, 4 illik yaşayışdan sonra yaşayış icazəsi almaq üçün alternativ yol da tətbiq edilir: illik minimum 40 min avro; Finlandiyada magistr/aspirantura dərəcəsi və 2 il iş təcrübəsi; çox yaxşı səviyyədə fin və ya İsveç dili biliyi və 3 illik iş təcrübəsi.
Bundan əlavə, müraciət edən şəxs üç aydan çox müddətə işsizlik müavinəti və ya sosial yardım almamalıdır.
Finlandiya universitetlərinin magistratura, aspirantura və ya bakalavr pilləsini bitirmiş məzunlar (dil bilikləri olmaqla) yaşayış müddəti tələbi olmadan daimi yaşayış icazəsi ala biləcəklər.
Ümumi tələblər də qalır: pasportun olması, ictimai asayiş üçün təhlükə törətməmək və s.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 İyun 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















