Finlandiya öz ərazisində NATO nun yeni bölmələrinin dislokasiyasına çalışır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Stokholm, 24 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Finlandiya öz ərazisində NATO-nun yeni komandanlıq və idarəetmə sistemləri bölməsinin dislokasiyasına çalışır.
AZƏRTAC xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Hyakkyanenin sözlərinə görə, bu, Alyansın Finlandiyanı və NATO-nun şimal bölgəsini müdafiə etmək qabiliyyətini gücləndirəcək.
Nazir onu da qeyd edib ki, Finlandiya bu təşəbbüsü irəli aparmaq üçün fəal şəkildə çalışıb.
Fevral ayında keçiriləcək NATO müdafiə nazirlərinin iclasında yekun qərarın qəbul edilməsi gözlənilir. Bölməyə Finlandiyada və zərurət yarandıqda, bütün NATO ərazisində Alyansın qoşunlarını və onun rəhbərliyini dəstəkləmək üçün informasiya sistemlərinin hazırlanması tapşırılacaq. Bölmədə təxminən əlli nəfər hərbi qulluqçu xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















