Icma.az
close
up
RU
Fırça ilə qələmin vəhdəti Əşrəf Səid İbrahimin xatirəsinə

Fırça ilə qələmin vəhdəti Əşrəf Səid İbrahimin xatirəsinə

Icma.az bildirir, 525.az portalına istinadən.

İmran VERDİYEV
Əməkdar müəllim 

Əşrəf İbrahimov (Əşrəf Səid İbrahim) 19 yanvar 1941-ci ildə keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində anadan olmuşdur. Atası Məmmədvəli kişi müharibədə həlak olduğuna görə əmisi Qurbanın himayəsində böyümüşdür.

Orta təhsilini Yaqublu kənd və Oğuz şəhər məktəblərində başa vuran Əşrəf 1964-cü ildə Bakı şəhərindəki Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. 1971-ci ildə isə BDU-nun jurnalistika fakültəsindən məzun olmuşdur. O, həm Azərbaycan Rəssamlar Birliyinin, həm Azərbaycan Yazıçılar Birliyinin, həm də Jurnalistlər İttifaqının  üzvü idi.

1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilən Ə.İbrahimov öz rəsmləri ilə müxtəlif sərgilərdə iştirak etmiş və uğur qazanmışdır. Onun çəkdiyi rəsmlər indi də rəsm qaleriyalarında nümayiş etdirilir, şəxsi malikanələrdə qorunaraq saxlanılır.  

O, həmçinin bir sıra filmlərin və teatr tamaşalarının da rəssamı olmuşdur. 1971-ci ildə qısa bir müddət Oğuz rayon Xalq teatrında rəssam işləmiş, 1976-cı ildə İ.Əfəndiyevin hekayəsi əsasında çəkilmiş və geoloqların fəaliyyətindən bəhs edən "Bizi dağlarda axtarın" filminin rəssamı olmuşdur. Oçerklərinin birində özünün də etiraf etdiyi kimi, çəkdiyi rəsm əsərləri onun sözlə ifadə edə bilmədiyi hissləri idi.

Ə.İbrahimov həm də tanınmış jurnalist, usta publisist idi. O, bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Gənclik" redaksiyasında kiçik redaktor, məktəblilər üçün veriliş, ədəbiyyat və incəsənət redaksiyalarında redaktor, böyük redaktor olmuş (1970-1978), "Ədəbiyyat və incəsənət" qəzetində təsviri incəsənət şöbəsinin müdiri və Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifələrində işləmişdir. 1990-ci ildən nəşr olunan "İncəsənət" qəzetinin naşiri və redaktoru (1990-2000) olmuşdur.

Onun yaradıcılığında publisistika geniş yer tuturdu. Ə.İbrahimovun publisistikası öz istiqaməti, ideya, dil və üslub orijinallığı ilə diqqəti çəkir. Burada düşüncə tərzi, uslub, dünyabaxışı, həyata, insanlara münasibət son dərəcə orijinaldır. Həmin əsərlərdə aparıcı mövzular azərbaycançılıq, müstəqillik və Qarabağ hadisələridir. Bu baxımdan Əşrəfin sənədlərə, şahidlərin ifadələrinə əsasən qələmə alınmış "Şahid şəhidlər haqqında" yazısı maraqlıdır. Burada deyilir: "Qarabağ uğrunda mübarizənin əsas faktoru kimi verdiyimiz şəhidlərin, bütünlükdə imperiya qurbanlarının qanı hədər getməyəcək. Bunlar zaman-zaman xalqımızın silinməz yaddaşına çevriləcək, həmişə Azərbaycanın müstəqillik rəmzi kimi yaşayacaq". Bu yazı gələcək nəsillər üçün yaddaş, yaşanan tarix haqqında məlumat qoyub getmək istəyi ilə qələmə alınmışdır.

Ə.İbrahimovun ayrı-ayrı sənət adamları və onların əsərləri, respublikamızın ictimai-siyasi və mədəni həyatı, rayonumuzun sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərdən bəhs edən məqalələri də xüsusi maraq doğurur.  

Bədii söz yaradıcılığı Ə.İbrahimovun ümumi yaradıcılığının əsas qolunu təşkil edir. Burada onun əsas ilham qaynağı isə Azərbaycanın, onun dilbər guşələrindən biri olan Oğuzun mərdlik və müdriklik mücəssəməsi olan insanları idi. Hekayə və publisist yazıları dövri mətbuatda 1969-cu ildən müntəzəm dərc olunmuşdur. Tanınmış yazıçılar X.Rza, B.Vahabzadə, F.Kərimzadə, Anar, Elçin və digərləri ilə sıx yaradıcılıq əlaqələri saxlamışdır. O, rəsmlərdən, publisistik yazılardan əlavə, həm də roman, hekayə, oçerk, povestlər müəllifidir.

Milli dəyərlərə bağlılıq və təəssübkeşlik Əşrəfin bədii yaradıcılığının da ana xəttini təşkil edir. 1971-ci ildə çap olunmuş "Talelər" adlı kitabda toplanmış oçerklərdə də bunu aydın görmək mümkündür. Kitaba daxil olan "Layihələr, arzular...", "Bizim balaca Zabitə", "Gözəl qızlar haqqında hekayə", "Dənizin nəğməsi" və "Emalatxanada söhbət" oçerklərində Vətənə və xalqa qəlbən bağlı olan yaradıcı insanların fədakar əməyindən söhbət açılır. Bu qəhrəmanlar müəllifin şəxsən tanıdığı, üzbəüz oturub saatlarla söhbət etdiyi insanlardır. "Yolda" oçerkində müharibənin insanlara gətirdiyi fəlakətlər çox inandırıcı təsvir olunur. "Qumral quzunun əfsanəsi" oçerkində isə çoban həyatının bütün romantikasını duyan, yamyaşıl yamacların, diş göynədən bulaqların zümzüməsini canında yaşadan müəllif bu həyatdan real lövhələr təqdim edir. Oçerklərdəki hadisə və əhvalatların xarakterinə uyğun olaraq təsvirlərdə daxili bir lirizm, nağıl şirinliyi də vardır.

1985-ci ildə çap olunmuş povest və hekayələrdən ibarət "Bəyli kəndinin evləri" kitabı Ə.İbrahimovun bədii yaradıcılığında xüsusi yer tutur. Kitaba daxil olan "Bəyli kəndinin evləri" povesti onun yaradıcılığında məna dolğunluğu ilə seçilir. Əslində bu povest müəllifin öz doğma kəndi haqqında, onun keçmişi və bir-birinə bənzəməyən adamları barədə yaddaşa köçmüş xatirəsinin əksidir. Burada o, hadisələrin təsvirçisi yox, iştirakçısıdır. 

Povestdə yaradılmış usta Abbas obrazı ilə Ə.İbrahimov doğma el-obasında yaşayanların xarakterini ümumiləşdirmişdir. Usta Abbasın yaşadığı hisslər, onun daxili aləmi bütün bəylilərə xasdır. Bəylilərin su həsrəti usta Abbasın şəxsində belə ümumiləşdirilmişdir: "Usta kəndin lap yuxarı başında - evinin qabağındakı torpaqla bərabər, sal qayanı ömrü boyu oyub ki, su çıxarsın. Üç arşın çapıb, amma suya çata bilməyib. Ömrünün axırına kimi həyətdəki şabalıd ağacının dibindən qulağına su şırıltısı gəlirmiş. Özündən başqa heç kim eşitməyib bu səsi". Təsirli və gözəl ümumiləşdirmədir. Çünki bəylilər ömür boyu su həsrəti ilə yaşamışlar, su burada kənd bina olandan bir nömrəli problem olmuşdu. Əsərdəki obrazların xarakterində ümumi cizgilərlə yanaşı, onları fərqləndirən fərdi keyfiyyətlər də vardır. Buna görə də əsərdəki mühasib Ağbaş Müslüm, briqadir Səməd, dəllək Nəsir, çayçı Cəlil, Süleyman, Yetər, Səbinə və digər surətlər öz fərdi xüsusiyyətləri ilə bir-birindən seçilir, bitkin obrazlar kimi yadda qalırlar.

Kitaba daxil olan ikinci povestin - "Qan pulu" povestinin qəhrəmanları da müstəsnalıq təşkil etmirlər. Əsərdə qeyrətli həmyerlilərimizin prototipləri yaradılmışdır. Povestin qəhrəmanı Kərəm müharibəyə gedən oğlanlarının da ailəsinə baxan qoca və xəstə Qurban kişinin ömrü boyu ilmələrinə tamaşa etməkdən doymadığı xalçanı ehtiyac ucbatından bazarda dəyər-dəyməzə dəlallara satmasına dözmür. O, müharibəyə gedən "həmin iki şümal oğlanın" gülüşlərinin hopub qaldığı bu xalçanı öz pulu ilə geri alıb dünyasını dəyişmiş Qurban kişinin ailəsinə qaytarır. Bu epizod M.Cəlalın "Bir gəncin manifesti" romanındakı məlum epizodu xatırladır. Burada əsgər ailəsinə diqqət və qayğının, milli mədəniyyət nümunələrimizin təəssübünü çəkməyin gözəl nümunəsi ilə rastlaşırıq.

Müəllif "Bəyli kəndinin evləri" kitabına daxil olan hekayələrdə də obrazların daxili aləmini psixoloji cəhətdən dolğunluğu ilə açmağa çalışır və buna nail olur. Bunu "Gecikmiş məhəbbət" və "Dəyirman yolunda" hekayələrində də aydın görmək mümkündür. Hekayələrin baş qəhrəmanları Rəhilə və İbrahim kişi gözümüz qarşısında bütöv xarakterə malik obrazlar kimi canlanırlar. Oxucu qəhrəmanların keçirdiyi hisslərin səmimiliyinə inanır, onların hərəkətlərinə bəraət qazandırır.

Əşrəfin yaradıcılığına xas olan əsas xüsusiyyətlərdən biri də onun yaratdığı qəhrəmanların çoxunun peşə etibarı ilə rəssam, memar və heykəltaraş olmasıdır. Bu, Ə.İbrahimovun ilk və sevimli peşəsi olan rəssamlığa və incəsənətin digər növlərinə qəlbən bağlılığı ilə əlaqədardır. "Keçmişdən gəlmiş qoca", "Pirosman", "Şamaxının qonağı" hekayələrinin baş qəhrəmanlarının rəssam, "Bəyli kəndinin evləri" povestinin və "Layihələr, arzular..." oçerkinin qəhrəmanları Süleyman, Səbinə və Məmmədin memar, "Emalatxanada söhbət" oçerkinin qəhrəmanı Hamletin heykəltaraş olması da incəsənətə olan sevginin nəticəsirdir. 

Bu sevgini biz Ə.İbrahimovun 1990-cı ildə çap olunmuş dünyanın görkəmli rəssamlarının həyatından bəhs edən "Qəribə talelər" adlı sənədli hekayələr kitabında da görə bilərik. Görkəmli alim A.Məmmədov kitaba ön sözdə yazırdı: "Əşrəf öz hekayələrində bu və ya başqa bir sənətkar ömrünün oxunaqlı, illüstrativ və publisistik izahından, təsvirindən daha çox həmin ömrün sənət özülünə, mənəvi qida mənbəyinə can atır... Ən başlıcası bu hekayələrin hər birində bütün güc və enerjisini insanlara təmənnasız xidmətə sərf edən dahi sənətkarların ömrünə də, yaradıcılığına da əbədi hörmət və minnətdarlıq hissi aparıcı rol oynayır..."

1992-ci ildə Əşrəfin "Əşrəf Səid İbrahim" imzası ilə Təbriz miniatür məktəbinin yaradıcısı Sultan Məhəmmədə həsr olunmuş "Sultan Məhəmməd" romanı çap olunmuşdur. Bu roman uzun illər onun doğma kəndindəki Yaqublu məktəbinə direktorluq etmiş, kəndin və rayonun ictimai-siyasi həyatında fəal rol oynamış müəllim H.Qurbanova ithaf olunmuşdu. Kitab iki hissədən ibarətdir. Birinci hissədə XVI əsrin ilk illərində Azərbaycanda baş vermiş siyasi hadisələr fonunda rəssamın uşaqlıq və gənclik illərindən, yaradıcıl mühitə gəlişindən, ikinci hissədə isə onun Təhmasib sarayının aparıcı sənətkarlarından biri kimi formalaşmasından bəhs olunur. Romanda Sultan Məhəmmədin simasında yeni Təbriz miniatür məktəbinin yaranmasından, inkişafından və Şərq sənəti konteksində böyük tarixi hadisəyə çevrilməsindən söhbət açılır.

Tanınmış rəssam, jurnalist və yazıçı Ə.İbrahimov 9 dekabr 2000-ci ildə Bakı şəhərində vəfat edib və orada dəfn olunub. Xoş xatirələrlə anırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri