Icma.az
close
up
RU
Firdovsinin Şahnamə sinə tənqidi baxış I yazı

Firdovsinin Şahnamə sinə tənqidi baxış I yazı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Panirançıların baxış bucağından "Fidovsinin Şahnamə"-si dünya miqyasında əzəmətli və tərifəlayiq bir əsərdir! Elə bir dastan ki, başı və ayağı bəlli deyil, müdrik olmayan Tuslu yazıçının zənnincə, digər xalqlara qarşı nifrət sətrbəsətrindən yaz buludundan damlayan yağmur kimi şıdırğı tökülür. 
Saf vicdanlı bütün insanların qarşılıqlı sülh içində bir yerdə yaşamağı və internasionalist təfəkkürləri arzuladığı bir dünyada, belə bir əsər öz-özünə qınanmalı və pislənməlidir. Xüsusilə də bu kitab (Şahnamə) müntəzəm olaraq müharibə təbilini çalır. Farslar İran diyarı adlı uydurma coğrafi sərhədlər daxilində yalnız fars adlanan bir xalqı ucaltmaq üçün bu əsərdən suistifadə edərək yerlə göyü bir-birinə qatırlar.
Əbilqasim Firdovsinin əksinə Sədi şevonist birisi olmayıb, üstəlik insanlıq nəğmələrini tərənnüm edən humanist bir şairdir. Elə cə də Hafizin şeirlərində bir dənə də olsun belə heç bir xalqı təhqir edən ifadələr nəinki rast gəlmirik, əlavə olaraq o türklərin biliyini, cövmərdliyini və gözəlliyin təkrar vurğuayıbdır.
Bunların əksinə Firdovsinin şevonistliyindən qəzəblənmış əmir Teymur vaxıilə onun məzarının üzərinə ayağını qoyub deyir:
سر از خاک بردار و ایران ببین}
به دست دلیران تورکان زمین}
“Dur ey məlun, baxıb gör o İranın
Düşüb ayağına ulu Turanın”.
Tuslu sanki “müdrik” adlanan bu nifrət ocağını banisi ümumi xalq inancının əksinə olaraq, İran diyarının indiki sakinlərinin inandığından fərqli olaraq, övlad qətli (Rüstəm Dəstanın öz oğlu Səhrabı öldürməsi), qardaş qətli (Rüstəmin qardaşı Şəğad tərəfindən öldürülməsi), fars şahlarının eyni vaxtda üç bacı ilə – Bərzinin qızları Mahafərin, Fəranək və Şənbəlid ilə evlənməsi (hər üçü eyni gündə Bəhram Qura ərə verilmişdir), həyat yoldaşına xəyanət (Südabənin xəyanəti), fars qadınlarının əxlaqsızlıqları, hətta məhrəmlərlə cinsi münasibətlər cəhdləri(Südabənin ögey oğlu Səyavuşa aşiq olması ki, bunun qısa izahı mətnin daxilində gələcək) və s. kimi bütün əxlaqsız və heyvani rəzillikləri guya uca İran (burada məqsəd fars )xalqının əsas xüsusiyyətləri kimi qələmə verir! Bu hesabla “Şahnamə”nin dünya miqyasında möhtəşəm və şərəfli bir əsər olduğunu necə qəbul etmək olar?
Təəssüflə İran ərazisindəki ümumtürk xalqımızın Dədə Qorqudumuzun məzmunundan xəbərsiz bir vaxtda, hələ pis-pis də bəzi Aşıq ustadlarımız bu şahnamənin əxlaqsızlıq dərsi verən boylarını epik dastanlar kimi türkcəyə çevirib fəxrilə yaymaqda məşğuldular. Bu Yetmir, müstəqil Quzey Azərbaycan Respublikamızda da “Şahnamə vurğunları” və onun tərcümə və təbliğində canfəşanlıq edənlər az deyil! Üstəlik bəziləri övladlarının adını Fudovsi və Fidovsiyə də çeçirlər! 
Şahnamə haqqında diqqətçəkən incə bir məqam da ondan ibarətdir ki, ərəb əlifbası ilə qələmə alındığı iddia edilən bu kitabın yazıldığı zamnda hələ {p, ç, j, g} hərfləri fars dilinini tam ifadə etmək üçn yaranmamışdır. Yəni o hərflərin əvəzinə sadəcə {b, c, z, k} səslərindən istifadə olurdu və 300 il sonra bu düzəlişlər həyata keçirildi. Amma sanki orjinal mətndə “Bijən və Mənijə, Pəhlivan, Gorgin, Humay Çehrzad, Bəhram Çubinə və s.” Kimi adlar və kələmələr necə yazıla bilərdir? 
Necə ki Hüseyn Kazımzadə İrandaşehr də açıq şəkildə yazır: “Heç bilmirik ki, zahirən Tusun kəndlərindən olan Bajda hazırlanıb Qəznəyə göndərilmiş və orada Sultan Mahmud Qəznəlinin hüzuruna təqdim edilmiş Şahnamə nüsxəsi hansı formada idi. Firdovsinin öz xətti ilə idimi, yoxsa hansısa bir xoşxətt katibin xətti ilə? Bəzəkli idi, ya yox? Nə ölçüdə idi? Hər səhifəsində neçə sütun şeir yazılmışdı? Nəhayət, cildi növ etibarilə necə idi? Lakin çox təəssüf ki, zamanın hadisələrinin çoxluğu və sərtliyi ucbatından həmin əziz nüsxədən bizə bircə vərəq belə qalmamışdır.”
Şahnamənin ən qədim nüsxəsi 200 il Firdovsinin ölümündən sonra 614 h.q tarixində yazılıb ki, hazırda Floransda saxlanılır. 
Firdovsinin «Şahnamə»sinin ilk nəşri və çapı
“Şahnamə”nin ilk elmi nəşrini 1811-ci miladi ildə (1190-cı hicri-şəmsi ilində) Hindistanda Lumsden adlı bir ingilis dilində bilən şəxs yayımlamışdır. Bundan 18 il sonra isə digər ingilis zabiti Törner Makan bu epik əsəri dörd cilddə nəşr etdi. Fransa alimi Jül Molun “Şahnamə”nin nüfuzlu nəşri 1838–1878-ci illərdə işıq üzü gördü. Bu redaktə həm də “Şahnamə”nin fransız dilinə tərcüməsi ilə birlikdə idi.
Çox keçmədən Alman iranşünası (Vullers) “Şahnamə”nin mətnini təqdim etdi. 1960–1971-ci illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun alimləri Y. E. Bertelsin rəhbərliyi altında “Şahnamə”ni 9 cilddə Moskva şəhərində nəşr etdilər. Lakin “Şahnamə”nin ən mühüm və elmi redaktəsini son illərdə (1987–2001-ci miladi illərində) doktor Cəlal Xaliqi Mütləq 15 qədim “Şahnamə” əlyazmasına əsaslanaraq, diqqətəlayiq digər 31 nüsxəni də nəzərdən keçirib tədqiq etməklə çap etdirmişdir. Onun “Şahnamə”sinin altıncı cildi doktor Mahmud Ümidsalar, yeddinci cildi isə Əbülfəzl Xətibinin redaktəsi ilə nəşr olunmuşdur. Bu “Şahnamə”nin tam külliyyatı 2007-cı ildə Böyük İslam Ensiklopediyası Mərkəzi tərəfindən səkkiz cilddə çap edilərək təqdim olunmuşdur.
Bütün yuxarıdakı qeydlərdən də görünür ki, əsasən real Şahnamənin varlığı şübhə altında deyil, bəlkə tamamilə mövcud deyi. Nə isə...
Bəlkə də panfars həzrətlərinin dünyanın belə bir əxlaqsız xülyalara vurğunluğundan məqsədi indiki İran, Əfqanıstan və Tacikistanda yaşayan azsaylı farsdilli əhalidir. Qeyri-fars xalqların və millətlərin – ərəblərin, türklərin, kürdlərin və digərlərinin sayı çıxıldıqla adıçəkilən üç ölkədə qalan farsdilli əhalinin sayı əlli milyon nəfərə də çatmır. Çox təəssüf ki, əlli milyondan az olan bu azsaylı özlərini farsdilli kəsim də öz danışıq tərzində (ləhcəsində) və adət-ənənələrində bir-birini çətinliklə başa düşür və qəbul edir. Buna baxmayaraq, özlərini yer kürəsinin digər yeddi milyard doqquz yüz əlli milyon və daha çox sakinindən üstün hesab edir və düşünürlər ki: “Hünər iranlılardadır, vəssalam!”.
Daha maraqlısı odur ki, onların "İran" dedikdə nəzərdə tutduqları yer uydurma Əhəməni imperiyasının sərhədləridir, "iranlı olmağı" isə "fars olmaqla" eyniləşdirirlər.
Demək olar ki, əksər farspərəst (panfars) irqçiləri 60 min beytlik bu səfeh kitabı ya oxumayıblar, ya da oxuyublarsa, ata-oğul Pəhləvi rejiminin, eləcə də davamında İİR-in dövrü təbliğatının yaratdığı zəmin üzündən axmaqlıq dərəcəsində təəssübkeşliyə düçar olublar. Onlar əql və insafdan uzaq düşərək “Şahnamə”nin tamamilə mənfi tərbiyəedici cəhətlərinə diqqət yetirməyiblər. Ərəb, türk və qadın düşmənçiliyinin ağılsızlıq həddinə çatdığı bir kitabdır bu.
Məşhur şeirdə deyildiyi kimi:
Bu nadanlar ki, irşad iddiasındadır,
Xırqələrində "mənəm, mənəm"dən başqa nələri var?
Biz öz eybimizi, başqasının kamal vəاcamalından
Xınasaqqalllı qoca kimi gizlətmişik.
Tuslu yazar “Şahnamə”nin əvvəlində İslamın və ərəblərin iki böyük şəxsiyyəti – Həzrət Əli və Məhəmməd Mustafaya şiddətlə sədaqət izhar etsə də, sonradan inancının əksinə olaraq Şüubiyyə hərəkatından qaynaqlanan fars irqçiliyinin melanxolik düşüncələrinə qapılır; sağaına-soluna ərəbləri və türkləri alçaldır. Daha ağrılısı və bir o qədər də gülünc odur ki, o, bu əsərlə Mahmud Qəznəlinin hakimiyyəti altındakı xalqlar arasında sülh, dözümlülük, qardaşlıq və bərabərlik və ittifaq ruhunu yayacağını gözlərmiş! Əziz ərəblərdən üzr istəyərək, Firdovsinin məşhur şeir parçasını xatırlayaq:
“Dəvə südü içən və çəyirtgə yeyəən
Ərəbin işi elə bir yerə gəlib çıxdı ki,
Kəyan tacına tamah saldı.
Tüpürüm sənin üzünə, ey fələk, tüpürüm!”
Bunu Firdovsinin “Şahnamə”nin əvvəlində Həzrət Peyğəmbərin (s) tərifinə yazdığı məşhur şeirlə müqayisə edin:
“Hər bəladan qurtulmaq istəsənsə,
Bəladan özünü kənara çəkərsənsə,
Hər iki dünyada bəladan qurtularsan,
Yaradan yanında yaxşı işlərlə məşhur olarsan.
Peyğəmbərin dedikləri ilə yol tut,
Qəlbini bu su ilə qaranlıqlardan təmizlə.
O biri dünyaya ümidin varsa,
Nəbi və vəsinin yanında yer tut.
Mən bu əqidə ilə doğulmuşam və belə də öləcəyəm,
Bil ki, mən Heydərin ayaq torpağıyam.”
İndi Firdovsinin bu tərifləri ilə həmin təhqiri yan-yana qoyanda, Tuslu müdrikçənin düşüncələrindəki ziddiyyəti görürsünüzməi?!
Qeyd: (Firdovsini ərəblərə qarşı mübarizənin simvolu və islam-ərəb mədəniyyəti qarşısında fars dilinin qoruyucusu hesab edən paniranistlərin diqqətinə və utancına səbəb olsun!)
Daha maraqlısı odur ki, məsələn, Tuslu dahi öz əfsanəvi hekayəsinin davamında rəhmət peyğəmbərini və onun Əhli-beytini tamamilə unudur, birdən-birə keçir keçir zərdüştlüyə. Halbuki zərdüştlüyün zühuru zamanı — “Şahnamə”nin mətninə görə — əslində Sistan və Əfqanıstan arasındakı kiçik bir bölgə ilə məhdudlaşan həmin dövrün iranlıları ilə Şərqi, xüsusilə də Çini əhatə edən turanlılar arasında qanlı müharibələr baş vermişdi.
“Şahnamə”nin hekayələrinə diqqətlə nəzər salsaq, görərik ki, hətta Mazandaran belə Firdovsinin nəzərdə tutduğu o dövrün İranının tərkib hissəsi deyilmiş. Məsələn, "Rüstəmin yeddi aşırımı" (yeddi xan/mərhələsi) bölməsində İran şahını həbs etmiş Mazandaranın müstəqil padşahından açıq şəkildə bəhs olunur. Daha gülməlisi odur ki, həmin hadisələrlə eyni vaxtda – yəni Rüstəmin İran şahını Mazandaran padşahının zindanından azad etməsi ilə və uğurlu əməliyyatdan sonra cənab Rüstəmin İran şahını müşayiət edərək İrana qayıtdığı vaxt – Mazandarandan Zabulistana gedərkən yolu üstə Ərdəbilə də baş çəkir. Hansı ki, Ərdəbil Mazandaranın şimal-qərbində yerləşir və xeyli uzaqda tam əks istiqamətdədir, özü də məsələn İranın tərkib hissəsi idi! (Labüd o zaman da anklav və blokada məsələsi var içış).
Görünür, Tuslu müdrikçənin coğrafiya elmindən və istiqamət təyinetmədən əsla başı çıxmırmış; yoxsa belə bir səhvi ibtidai sinif şagirdi də etməzdi, nəinki Tuslu müdrik!
Abbas Əttari Kirmaninin “Fərhəng-i Əndişməndan” nəşriyyatında 2004-cü ildə Tehran şəhərində (ISBN: 8866909008879, Milli Kitabxana qeydiyyat nömrəsi: 6176391)  və Moskva nəşrinə və digər 53 əsərə, o cümlədən Kabul (Kavuli) nüsxəsinə əsasən hazırladığı “Şahnamə”nin nəsr mətninə istinad edərək sübut edəcəyik ki, Firdovsinin bu kimi sayıqlamaları həqiqət tədqiqatçı oxucular üçün maraqlıdır.
Rzaşah fars irqçiliyinin hökmran aparatının və bəzi mömin-mütəxəssis İslam Respublikası dövlət adamlarının qəhvəxana nağılçıları və elm-mədəniyyət mərkəzləri vasitəsilə məzlum İran xalqlarının şüuruna macəraçılıq (avanturizm) ruhunu yeritmək məqsədilə apardığı gurultulu təbliğatın əksinə olaraq, burada igitliyin, vətənpərvərliyin və pəhləvanlıq ruhunun mövcud olmadığı üzə çıxır. Əksinə, bu əsər son dərəcə bayağı, insanlığa və əxlaqa zidd bir əsərdir.
(Tuslu müdrik! Görünür, onun müasir psixoloqların belə diaqnoz qoymaqda çətinlik çəkdiyi özünəməxsus bir dəlilik növü var imış).
Əlbəttə, o da mümkündür ki, Tus müdriki Əfqanıstanın bitki mənşəli narkotik psixotrop maddələrinə şiddətli aludəçiliyi səbəbindən həmişə illuziya aləmində səyahət edirmiş. Yaxşı ki, o zaman indiki kimyəvi psixotrop maddələr məsələn “pat” yox idi, yoxsa bu müdrik daha necə bir aş bişirərdi!
Ona görə ki,  o müdrikcə hekayələrinin başını və axırını birləşdirə bilmədiyindən, “Şahnamə”nin ümumi ruhuna zidd olaraq, türkləri və ərəbləri aşağılasa da, iranlıların izzət-şərəfinin divanı məhz onun "çəyirtgəyeyən, köçəri, sənətsiz və igidlikdən məhrum" hesab etdiyi həmin ərəblər tərəfindən darmadağın edilir. Abbas Əttari Kirmaninin səy ilə nəşr olunmuş nəsr formatında ”Şahnamə”sinin 678-ci səhifəsinin birinci paraqrafında9abzasında) oxuyuruq:
«Zülmkar Mahəvi atasını Yəzdgirdə qarşı qaldıran oğlunun sözlərini eşitdi və dəyirmançıya – onun gizləndiyi yeri bilən adama – Yəzdgirdi elə həmin yerdə öldürməyi əmr etdi. O da süvarilərlə birlikdə bunu etdi. Şah yorğunluqdan dərin yuxuda olarkən qılıncla onun böyrünə zərbə endirərək həyatına son qoydular.
[Biri şahın böyrünə qılıncı taxdı,
Şahın yarasından ağır qan axdı.
Torpağa düşdü onun tacılə başı
Qaməti qarşısında quru çörəklə aşı.] 
(یکی دشنه زد بر تهیگاه شاه          رهاشد به زخم اندراز شاه-آه
به خاک اندرآمد سر و افسرش        همان نان کشکین به پیش اندرش)[
Mahəvinin əmri ilə gecə yarısı Yəzdgirdin cəsədini Zərq çayının burulğanına atdılar. Səhər açıldıqda iki xristian kişi ora gəldi. Qəflətən onların biri Yəzdgirdin cəsədini suda çılpaq halda gördü. Sonra qəmli dörd nəfər məmur ayaqyalın arxa düşərək İranın gənc şahının cəsədini sahilə çıxarıb həmin bağdakı sərdabədə dəfn etdilər.»
Firdovsinin xülyalarını daha yaxşı dərk etmək üçün “Şahnamə”də mövcud olan müxtəlif hekayələrə nəzər salırıq. Abbas Əttari Kirmani tərtib etdiyi “Şahnamə”nin 8-ci səhifəsindəki ön sözündə yazır:
– Tuslu pir böyük şah əsərində gözəl sözlər və ürəkaçan ifadələrlə bəşəri duyğuları nəzmə çəkir.
Ona görə də əmindir: “Daxili və xarici dost-düşmən etiraf edir ki, bu divan İran millətçiliyinin sənədidir!”
Hətta bu hiyləgər ustad daha da irəli gedərək deyir:
–“Şahnamə İranın ilk ilahi (vəlayi) əsəri və farsdillilərin Quranıdır”! (səh. 31 və 61, son sətir). 
Əstafurullah!
O davam edir:
–“Ona görə də demək pis(səhv) olmaz ki, Şahnamə fars dilinin Quranı, İran xalqının sülh, əmin-amanlıq və ədalətcillik salnaməsidir!”
(Mübarək olsun, Quranın ikinci cildi də gəldi! — Müəllif)
Halbuki həmin şəxs ön sözün 6-cı səhifəsinin ikinci bölməsində(abzasda) böyük hərflərlə yazır: “Türklərin imperiyasının təməli zülm üzərində qurulub” və Firdovsi kimi düşünür ki, “İran diyarının ərazisində nə qədər qeyri-fars dilli varsa, bütünü qılıncdan keçirilməlidir”! Ardınca dərhal İranın uydurma imperiyasını sülh, ağıl, mədəniyyətlərin dialoqu, sivilizasiyaların təmas nöqtəsi, dinlərin dözümlülüyü və tolerantlığı, düşüncə azadlığı və sərbəstlik prinsipi üzərində qurulmuş kimi qələmə verir!
(Görünür, milli-mədəni kimlik uğrunda mübarizə aparan digər qeyrifars xalqların fəallarına qarşı soyuq-isti silahdan istifadə və fars hakimiyyətinin səssizcə yoxetmə siyasətindən bəhs edir. — Müəllif)
İndi “Şahnamə”nin bəzi hekayələrini diqqətlə nəzərdən keçirərək Firdovsinin fars irqçiliyi vurğunlarının düşüncələrinin gerçək simasını daha aydın görəcəyik. Sübut edəcəyik ki, paniranistlərin nəzərincə dünya İran (fars) oxu ətrafında fırlanır və bu dairədən kənarda olan hər cür düşüncə xətadır!
Məsələn, "Bijən və Mənijə" hekayəsində 852-ci səhifənin ikinci abzasında belə oxuyuruq:
“Günlərin birində İran sərkərdələri və pəhləvanları Keyxosrovun saray eyvanında əyləşib şahzadə bəzmi qurmuşdular. Şahın pərdədarı onun yanına gəlib xəbər verdi ki, İran və Turan sərhədində yaşayan (müasir Çin və Zabilistan arasında yerləşən, həmin günlərdə İran adlandırılan — və təsəvvür edin ki, Tuslu müdrikçənin nəzərdə tutduğu Ermənistanın coğrafi mövqeyi indiki hindistanın özüdür!) erməni xalqından bir qrup insan ədalət tələbi üçün gəlib. Qəribədir ki, həmin bölgənin dini əsasən buddizm və şamanizm idi, ümumiyyətlə o zaman Şərqi Asiyada xristianlıq geniş yayılmamışdı, sonralar Şərqi Asiya xalqlarını müstəmləkələşdirmək üçün İngilsatan Şərqi Hindistan şirkəti tərəfindən yayılmışdı. Bu səhvdən başqa, Firdovsi davam edir ki, ermənilər vəhşi donuzlarının hücumundan şikayət edərək əkin-biçinin, bağ-bostanın və ev heyvanlarının məhv olduğunu bildiriblər”.
Şah Keyxosrov pəhləvanların qarşısında deyir:
–“Əgər kimsə könüllü olaraq dovuzları (çöl donuzlarını) kəndin ərazisindən qovub çıxararsa, heç bir xəzinə və gövhərdən əsirgəməyəcəyik”!
(Diqqət: Bu, elə bir təfəkkürün təməlidir ki, günümüzdə də İran ölkəsi əhalisi səfalət içində boğulduğu halda, Suriyalı, Livanlı, Fələstinli, Yəmənli, İraqlı, Erməni və s. terrorçular məzlum İran xalqının xəzinələrinin hesabına kef içində yaşayırlar. Ermənilərə kömək etməyin İran şahına nə xeyri olub ki, bu bəxşişdən əsirgəməyib? Deyəsən, o vaxtdan erməni lobbisi İranın hakimiyyət aparatında o qədər nüfuzlu olub ki, onun təsirlərini hətta bu gün də İrannın Quzey Azərbaycanın şiə xalqına qarşı müharibədə ermənilərə yardım etməsində gördük)!
Hər necə olarsa, Bijən adında biri bu işə könüllü olur. (Giv) yeganə övladından ötrü narahat idi, onu qarşıda duran təhlükə barədə xəbərdar etdi. Lakin Bijən atasını donuzlarla döyüşdə uğur qazanacağına əmin etdi, o dərəcədə ki, Giv onun sözlərindən sakitləşdi. Şah Keyxosrov bu torpağı və yollarını bilən öz nədimlərindən (Görgin Milad)ı donuzları məhv etmək üçün Bijənlə birlikdə həmin diyara göndərdi. (Deyəsən, həmin erməni səfiri də heç kəsə lazım deyilmiş və heç olmasa bələdçi kimi Bijən qağanın yanında vətəninə qayıtması üçün belə lazım deyilmiş).
Görgin Milada dedi; o zaman ki, Bijən Turana yolunu bilməz {Ermənistan oldu Turan}!!!
Sən də onunla su bəndinə qədər get, həm ona bələdçi ol, həm də köməkçi.
Gördünüzmü? Bijəni Ermənistan ölkəsində donuzları öldürmək üçün Turana yolladır! Çoxlu macəralardan və donuzları qırıb-çatandan sonra Görginlə problem yaşayır. Həmin Görgin ki, Bijənin bələdçisi və köməkçisi olmalı idi. Görgin Bijəni Əfrasiyabın qızı Mənijənin şənlik mərasiminə yönləndirir. Əfrasiyab kimdir? Turan torpağının (Çin) şahı!
Deyir: Hər il bu fəsildə Əfrasiyabın qızı gözəl qızlarla bu səhraya gəlir və çadırları ilə səhranı cənnətə döndərirlər, türk ayüzlülər hər tərəfdə şənlik edirlər. Onların arasında Əfrasiyabın qızı (Mənijə) gözəlliyi ilə parlayan günəş kimi görünür, yaxşı olar ki, ora gedib pəri simalılardan bir neçəsini əsir götürüb Xosrov şahın yanına gətirək!..
(Bu, kommunist Çin və Rusiyasının qonşularına münasibətdəki ekspansionist təfəkkürüdür ki, günümüzdə farsdillilərdə də müşahidə olunur).
{Keyxosrov “Xosrov şah” oldu və hətta Tuslu müdrik türk dili və ədəbiyyatı ilə o qədər yad idi ki, türk dilində əslində "j" hərfinin olmadığını və Mənijənin Turan torpağı padşahının qızının adı ola bilməyəcəyini bilmirdi!}
Onlar sözügedən yerə çatanda Bijən Əfrasiyabın qızının və onun ətrafındakıların çadırını görüb ağac arxasından Turan torpağının ayüzlülərini seyr etməyə başladılar.
(Ermənistan ölkəsində Turan torpağının qızları Əfrasiyab şahın qızı ibaşda olmaqla özləri üçün düşərgə salıblar, lakin kiçik də olsa bir dənə də olsun mühafizə dəstəsi yoxdur!
Əgər Turan və ermənilərin münasibətləri bu qədər səmimi idisə, niyə donuzları dəf etmək üçün turanlılardan yox, İranlılardan kömək istəməlidilər?
{Çünki Tuslu müdrik davamında hər yolla Rüstəmin ayğını bu məsələyə çəkmək istəyir}
Məgər ermənilər o qədər aciz idilər ki, bir neçəsi Bijənin donuzları dəf etmək üçün gördüyü işin öhdəsindən gələ bilməzdilər? Nəhayət, Firdovsi davam edir.
Ardı var...
Yazan: Həbib Sasanian (Yakamoz), Təbrizin Mərkəzi Zindanı– 08.09.2016
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri