Fırıldaqçılar pullarınızı ələ keçirə bilər Ekspertdən xəbərdarlıq
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Virtual valyuta bazarı fırıldaqçıların ən çox fəaliyyət göstərdiyi sahə kimi xarakterizə olunur. Hər il minlərlə insan bazara çıxarılan saxta koinlərin qurbanı olur. Dünyanın ən gəlirli sahələrindən sayılan kriptovalyuta, yəni virtual valyuta bazarı, həm də ən riskli sahələrdən biridir”.
Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, insanlardan pul toplayan dələduzlar müəyyən vaxt sonra birjaya yeni koin çıxaracaqlarını vəd edirlər. Yaxud da birjaya çıxarılan koin vəsait topladıqdan bir müddət sonra birdəfəlik yoxa çıxır. Ona görə də tanınmış və təsdiqlənmiş birjalardan əməliyyat həyata keçirmək daha məqsədəuyğundur:

“Vətəndaşlar bu sahəni ətraflı araşdırmadan heç bir əməliyyat aparmamalı, eləcə də koin alqı-satqısı üçün kənar şəxslərə ödəniş etməməlidirlər. Əks halda dövlət tərəfindən heç bir təminatı olmayan bu birjada qoyulan pulların itirilməsi qaçılmazdır”.
Sevinc,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















