Icma.az
close
up
RU
Firudin Qurbansoy: Müşfiq güllələnib, həmin sənəd saxtadır MÜSAHİBƏ

Firudin Qurbansoy: Müşfiq güllələnib, həmin sənəd saxtadır MÜSAHİBƏ

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Görkəmli şairimiz Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadənin “Teleqraf” İnformasiya Agentliyinə verdiyi müsahibə müşfiqşünaslar və tarixçilər tərəfindən etirazla qarşılanıb. Onlar Leyla Axundzadənin Müşfiqin güllələnməməsi haqqında iddiasına qarşı çıxaraq Müşfiq haqqında verilən edam hökmünün icra edildiyinə heç bir şübhə olmadığını bildirirlər.

Teleqraf Mikayıl Müşfiqin taleyi ilə bağlı suallara aydınlıq gətirmək məqsədi ilə filologiya üzrə fəlsəfə doktoru, Mikayıl Müşfiq haqqında “Göylərin lacivərd ətəklərində: sənədli povest-kollaj” əsərinin müəllifi Firudin Qurbansoyla müsahibəni təqdim edir.

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə 1956-cı ilin 23 mayında bəraət alıb

- “O vaxt qərar belə idi ki, bəraət alanlara, yəni, haqsız yerə sürgün olunanlara, güllələnənlərə verilən bəraət müqabilində onların əziyyətlərinin, əmlaklarının qarşılığı olaraq hökümət xeyli böyük pullar ayırmışdı. O vaxt Mikayıl Müşfiqin bacısı Balacaxanımı da dəvət ediblər Dövlət Təhlükəsizliyi Komitəsinə. Balacaxanım belə bir qəbz yazıb:

“Mən İsmayılova Balacaxanım Qədir qızı həmin qəbzi ondan ötrü verirəm ki, mənim qardaşım Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə bəraət almışdır. Bu barədə məlum edirəm ki, Mikayıl Müşfiqin heç bir kəsi yoxdur. Ailəsindən bir mən qalmışam. Onun yoldaşı Axundova Dilbər o vaxtdan ərə gedib, Kirovabad şəhərində yaşayır. Evdə qalan şeylər Mikayıl Müşfiqindir. Dilbərin evdə heç bir şeyi yoxdur. Qalan şeylərə mənim ehtiyacım yoxdur. İsmayılova”.

- Siz bu qəbzlə harada tanış olmusunuz?

- 2008-ci ildə Lider TV-nin “Azərbaycan” redaksiyasında biz sənədli filmlər çəkirdik. Mikayıl Müşfiqin 100 illiyi ərəfəsi idi. Onun haqqında çəkiləcək film üçün ssenari yazmaq mənə həvalə olundu. Mən də dedim ki, sənədlərlə tanış olmaq istəyirəm. Lider TV-dən MTN-ə məktub göndərildi, mənə sənədlərlə tanış olmaq üçün icazə verildi.

- Orada hansı sənədlərlə tanış oldunuz?

- Mənə Mikayıl Müşfiqin, Dilbər Axundzadənin və Balacaxanımın sənədlərini verdilər. Sənədlərlə tanış oldum. Oradan qeydlər götürdüm. O qeydlərə əsasən sizə dəqiq məlumatı deyirəm. O vaxt, 2008-ci ildə mənim telefonum yox idi. Heç telefonlarda şəkil çəkmək funksiyası da yox idi. Xaricdə vardı, amma Azərbaycana gəlib çıxmamışdı. Arxivlərdə şəkil çəkməyə icazə verilmirdi. Ancaq sənədlə tanış olub, üzünü köçürə bilərdin.

Mən sənədin üzünü köçürdüm. Maraqlanan varsa, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib, Balacaxanımın qovluğunu alıb, həmin qəbzin surətini görə bilər. Hətta sənədlərin içində Moskvadan “tam məxfi” qrifi ilə gələn xüsusi məktub da vardı. Orada qeyd edilmişdi ki, güllələnən şəxslərin ailəsinə təfərrüatlar izah edilmədən onlara bəraət qərarı çatdırılsın. Sonra da onun qarşılığı olaraq maddi ödəniş təmin olunsun.

- Balacaxanıma nə təklif edilmişdi?

- Ona demişdilər ki, yeganə varis sənsən. Balacaxanım da demişdi ki, qardaşımın qanpulu mənə lazım deyil. Əgər o pul doğrudan da ayrılıbsa, Bakıda Müşfiqə bir abidə, heykəl qoyun. Ona demişdilər ki, arxayın ol, Müşfiqin abidəsi qoyulacaq, əsərləri çap olunacaq.

Dilbərdəki arayış saxtadır

- Bəs Dilbərdəki həmin arayış nə idi?

- Dilbər xanımı qətiyyən qınamıram, o, çox böyük əziyyətlər çəkib. Müşfiqə görə həbsdə olub. Dilbər Axundzadəni 1937-ci il dekabrın 31-də həbs ediblər. Bir müddət həbsdə qaldıqdan sonra azad edilmişdi. Ancaq yazıq Dilbər küçəyə çıxa bilmirdi. Heç kim ona salam vermirdi.

Adət belə idi ki, həbs olunmuşların ailəsinə də xüsusi nifrətlə yanaşırdılar. Dünənki mehriban adamlar bu gün eşidəndə ki, onun yoldaşı xalq düşməni kimi həbs edilib, onunla əlaqəni kəsirdilər. Bu qadın da tək qalmışdı. Evində də qala bilmirdi, qohumlarıgildə gecələyirdi. Özü bu barədə yazıb.

- Aha, kompensasiya məsələsi ortaya çıxanda nə baş verir?

- Müşfiqin bəraəti və kompensasiya məsələsi ortaya çıxanda Dilbər xanım da fikirləşib ki, o pulu necə almaq olar və belə saxta bir sənəd düzəltdirib.

- Saxta sənədi kim düzəldə bilərdi?

- Məmurlar. Bilirsiniz ki, məmur sistemi çar Rusiyasından bolşeviklərə, sovet sisteminə keçmişdi və piramidanın aşağısından-yuxarısına qədər rüşvət almayan məmur yox idi. Hökümətin ayırdığı o böyük pulu almaq üçün elə bir saxta kağız düzəldiblər. Kağızın surəti də Dilbərdə qalıb. O kağız sayəsində Dilbər də müəyyən qədər pul alıb.

Leyla xanımın “Müşfiq güllələnməyib” sözləri həqiqəti əks etdirmir. Onun özü də Müşfiqlə bağlı bütün tədbirlərin iştirakçısıdır. Niyə indiyə qədər susub, indi birdən-birə bu fikri səsləndirmək ehtiyacı hiss edib? Müşfiq öz əcəliylə ölüb? Xeyr. Onun ölümü üçün xüsusi qərar çıxarılmışdı.

Bu kağız Müşfiq haqqında naməlum səhifəni açmağa xidmət etmir

- Yəni, Müşfiq güllələnib...

- Mikayıl Müşfiqin güllələnməsi haqqında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar sessiyası 5 yanvar 1938-ci ildə (çərşənbə gününə təsadüf edir) güllələnmə qərarı çıxarıb. Qərar da mütləq mənada icra olunub. O vaxt aparıblar indiki Nargin adasına, orada güllələyiblər.

Nargin adasının yerləşdiyi ərazinin dənizin dibində 30 min insanın sümüyü hələ də qalmaqdadır. Güllələyib atırdılar dənizə. Boyunlarına ağır bir şey bağlayırdılar ki, üzə çıxmasın. Ölüm şəhadətnaməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki bu kağız Müşfiq haqqında naməlum səhifəni açmağa xidmət etmir.

- XDİK-nin 1939-cu ildə verdiyi əmrə görə, güllələnmiş şəxslərin yaxınlarına onların guya 10 il məcburi əməyə cəlb edildiyi barədə məlumat verilirdi. 1945-ci ildə bu əmr dəyişdirildi və məhkumların həbsxanada öldüyü ilə bağlı məlumat verilməyə başlandı. 1955-ci ildə isə verilən əmr icraçılara bu praktikanın davam etdirilməsi tapşırılırdı. Bu prosedur 1989-cu ilə qədər davam edib. Müşfiqlə bağlı sənədin də bu təlimata uyğun şəkildə tərtib edildiyini güman edə bilərikmi?

- Bəli, qeyd etdiyim kimi təfərrüatlar verilmirdi. Deməyəcəkdilər ki, güllələnib.

- Böyük Sovet Ensiklopediyasının siyasi repressiya qurbanlarının bəraəti haqqında məqaləsində və eləcə də digər rəsmi sənədlərdə repressiya qurbanlarına kompensiya ödənilməsi haqqında heç bir məlumat verilmir.

- Qeyd etdiyim kimi, mən "tam məxfi" qrifli həmin məktubu görmüşəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 İyun 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see290

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see213

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see122

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see119

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see118

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see117

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see117

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see116

Daha bir sual abituriyentlərin xeyrinə hesablanacaq DİM qərar verdi

05 İyun 2025 19:42see116

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see115

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see115

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see114

“Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinə start verilib

05 İyun 2025 19:03see112

Romalıların sabiq çalışdırıcısı Turin klubunda RƏSMİ

05 İyun 2025 19:17see112

İnfeksionist: A qrip virusları yüksək mutasiya qabiliyyətinə malikdir...

05 İyun 2025 14:35see112

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

05 İyun 2025 23:17see112

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see111

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see111

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri