Icma.az
close
up
RU
Fitch : Qafqaz ölkələrində iqtisadi artım yüksəkdir, geosiyası risklər isə davam edir

Fitch : Qafqaz ölkələrində iqtisadi artım yüksəkdir, geosiyası risklər isə davam edir

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı il üçün Qafqaz regionunda iqtisadi artımın yüksək olacağını, lakin geosiyasi və valyuta risklərinin davam edəcəyini açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Ratings”in açıqladığı hesabatda bildirilir. Agentliyin məlumatına görə, Gürcüstan və Ermənistan 2026-cı ildə təxminən 5%-lik iqtisadi artım tempini qoruyacaq. Gürcüstanda iri investisiya layihələri və xidmət sektorunun güclü performansı, Ermənistanda isə yumşaq fiskal siyasət artımı dəstəkləyən əsas faktorlar kimi göstərilir.

Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması region üçün əsas siyasi risklərdən biri kimi qiymətləndirilir. Fitch qeyd edir ki, Ermənistanın 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri fonunda sülh prosesinin yekunlaşması çətinləşə bilər.

Hesabatda vurğulanır ki, Qafqaz ölkələrində inflyasiya təzyiqlərinin yenidən artması səbəbindən monetar yumşalma üçün imkanlar məhdud qalır. Yüksək maliyyə dollarlaşması şəraitində mərkəzi banklar xarici volatillik və daxili siyasi risklər fonunda ehtiyatlı mövqe tutmağa üstünlük verirlər.

Fitch bildirir ki, region ölkələrinin dövlət borcu səviyyəsi Mərkəzi və Şərqi Avropa ölkələri (CEE) ilə müqayisədə aşağıdır, lakin xarici valyutada borcun yüksək payı valyuta risklərini artırır.

Agentliyin qiymətləndirməsinə əsasən, CEE-dən kənar ölkələr, o cümlədən Qafqaz dövlətləri son illərdə valyuta ehtiyatlarını artırıblar. Cari hesab kəsirləri əsasən birbaşa xarici investisiyalar və rəsmi maliyyələşmə hesabına örtülür.

Fitch CEE, o cümlədən Qafqaz dövlətləri üzrə əsas risk faktorlarını Ukrayna müharibəsinin davam etməsi, ABŞ-ın gömrük tarifləri ilə bağlı qeyri-müəyyən ticarət siyasəti, Rusiya tərəfindən artan hibrid təhdidlər, Azərbaycan–Ermənistan sülh prosesinin uzanması və Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayanması ilə əlaqələndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri