Fitch Solutions: Azərbaycan iqtisadiyyatı bu il 2,5% artacaq
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2,5% genişlənəcəyi proqnozlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.
Şirkətin qiymətləndirməsinə görə, 2025-ci ildə təxminən 1,4% artımdan sonra 2026-cı ildə iqtisadi artımın sürətlənməsi gözlənilir. Artımın əsasən inflyasiyanın azalması və nisbətən sağlam əmək bazarı fonunda daxili tələbat hesabına formalaşacağı qeyd olunur.
Hesabatda bildirilir ki, qlobal neft qiymətlərində eniş və karbohidrogen gəlirlərindən yüksək asılılıq səbəbindən neft sektoru çətinliklərlə üzləşməkdə davam edəcək. Fiskal məhdudiyyətlər risk olaraq qalır.
Bununla belə, “Fitch Solutions” regionda artan investisiya və ticarət fəallığı fonunda Azərbaycan iqtisadiyyatının perspektivlərini ümumilikdə müsbət qiymətləndirir. Qurum hesab edir ki, Ermənistanla mümkün sülh və ABŞ-ın regionda tranzit dəhlizi yaratmaq marağı iqtisadi aktivliyi dəstəkləyə bilər.
Proqnoza əsasən, artım əsasən ev təsərrüfatlarının istehlakı hesabına təmin olunacaq. İşsizlik səviyyəsinin təxminən 5,2% səviyyəsində qalacağı və real əməkhaqlarında artımın davam edəcəyi gözlənilir. Özəl istehlakın iqtisadi artıma təxminən 2,5 faiz bəndi töhfə verəcəyi bildirilir.
Qeyd olunur ki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, neft sektoru ÜDM-in 47,4%-ni, qeyri-neft sektoru isə 52,7%-ni təşkil edib. Neft hasilatının 7,3% azalması fonunda ümumi istehsal illik müqayisədə 2,6% azalıb, qeyri-neft ÜDM-i isə 8,6% artıb.
Eyni zamanda, Çin, Almaniya, Türkiyə və bir sıra Avropa tərəfdaşları ilə imzalanmış yeni ticarət və investisiya sazişlərinin qeyri-neft sektorunun genişlənməsinə töhfə verəcəyi vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Fevral 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















