Icma.az
close
up
RU
“Fitch” Yunanıstanın kredit reytinqini yüksəldib

“Fitch” Yunanıstanın kredit reytinqini yüksəldib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Afina, 17 noyabr, AZƏRTAC

Beynəlxalq reytinq agentliyi “Fitch” Yunanıstanın suveren kredit reytinqini “BBB minus”dan “BBB” səviyyəsinə yüksəldib və proqnozu “sabit” olaraq saxlayıb. Bu barədə məlumat agentliyin rəsmi açıqlamasında yer alıb.

Reytinqin artırılması Yunanıstanın dövlət borcunun sabit və davamlı şəkildə azalması ilə əsaslandırılır. “Fitch”in hesablamalarına görə, ölkənin dövlət borcu 2024-cü ildə 10 faiz, 2025-ci ildə isə əlavə 9 faiz azalaraq ÜDM-in 145 faiz səviyyəsinə enəcək. Bu, 2020-ci ildəki 209 faizlik pik göstəricidən 60 faiz aşağıdır və pandemiya dövründən bəri “Fitch” tərəfindən qiymətləndirilən ölkələr arasında ən böyük borc azalması dinamiki kimi qeyd olunur.

Agentlik bildirir ki, Yunanıstanın borc yükü növbəti illərdə də sürətlə azalacaq. Orta müddətli proqnozlara əsasən, ölkənin dövlət borcu 2030-cu ilə qədər ÜDM-in təxminən 120%-dək enə bilər. Bu hesablama nominal ÜDM-in 4%-lik artımı və 2027-ci ildən sonra 3,5%-lik ilkin büdcə profisiti nəzərə alınaraq aparılıb. Həmçinin vurğulanır ki, Yunanıstanın maliyyə ehtiyatları tarixi maksimuma yaxın səviyyədə, ÜDM-in 18 faizi qədərdir. Bu ehtiyatlar ölkəyə dövlət istiqrazlarının vaxtından əvvəl ödənilməsini və qarşıdakı üç il ərzində borc öhdəliklərinin rahat şəkildə icra olunmasını təmin edir.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis “Fitch”in qərarını müsbət qarşılayaraq bunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətli siqnal olduğunu deyib. Qeyd olunur ki, Yunanıstanın reytinqinin yüksəldilməsi ölkənin beynəlxalq maliyyə bazarlarında mövqelərini daha da gücləndirəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri