Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir Yeni aqropark yaradılacaq
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Azərbaycanın əsas hədəfi akvakultura üzrə illik istehsal həcmini mövcud 3 400 tondan 2030-cu ilədək 7 700 tona çatdırmaqdır.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, bu artım daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşdırılmasına xidmət edəcək:
"Bu həmçinin idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" isə bu istiqamətdə qarşıdakı dövrün əsas vəzifələrini müəyyən edir. Dövlət Proqramı çərçivəsində balıqçılıq sahəsinin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının mühafizəsi və balıqartırma təsərrüfatlarının müasirləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, əlverişli istehsal zonalarının müəyyənləşdirilməsi, damazlıq potensialının gücləndirilməsi, akvakultura aqroparkının yaradılması, subsidiya və güzəşt mexanizmlərinin formalaşdırılması qarşıya məqsəd qoyulub".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 05 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















