Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya paytaxtının rəsmi qurumları hesab edirlər ki, Berlindəki hotellərdən birində meyiti aşkarlanan Bavariya baş nazirinin müavini, eyni zamanda, iqtisadiyyat naziri və Azad Seçicilər Partiyasının (Freie Wähler) sədri Hubert Ayvanger vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Tagesspiegel" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, siyasətçinin ölümünə sağlamlıq problemləri səbəb ola bilərdi. Bununla yanaşı, polis və prokurorluq orqanları hadisənin dəqiq təfərrüatını aydınlaşdırmaq və kənar şəxslərin müdaxiləsini istisna etmək məqsədilə araşdırmaları davam etdirir.
Belə ki, nəşrin məlumatına əsasən, noyabrın 4-də yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə noyabrın 5-də 01:30) Ayvangerin meyitinin aşkarlandığı hotelə Berlin Cinayət Polisi İdarəsinin (LKA) xüsusilə ağır cinayətlər üzrə istintaq qrupu, o cümlədən qətl şöbəsinin əməkdaşları gəliblər.
Qeyd edək ki, siyasətçi Hubert Ayvangerin vəfat etməsi barədə xəbər noyabrın 4-də ictimaiyyətə açıqlanıb. Onun meyiti paytaxt Berlində yerləşən "Neuer Fritz" hotelində aşkar edilib. "Bild" qəzetinin yazdığına əsasən, siyasətçi həmin tarixdə Azad Seçicilər Partiyasının Berlindəki ofisinin açılış mərasiminə qatılmalı olsa da, səhhəti pisləşdiyinə görə tədbirdə iştirak edə bilməyib.
***
Almaniyanın "Azad Seçicilər" (FW) partiyasının lideri, Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvanqer Berlin hotellərindən birində ölü vəziyyətdə aşkarlanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Bild" qəzeti Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 4-də, çərşənbə günü Berlində "Azad Seçicilər" partiyasının yeni ofisinin açılışı keçirilib. Lakin 55 yaşlı Ayvanqer özünü pis hiss etdiyini bildirdiyi üçün tədbirdə iştirak etməyib. O, şəhərin mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, siyasətçi evli olmayıb. O, Taniya Şvaygerlə birlikdə yaşayıb. Cütlüyün iki övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 05 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















