Icma.az
close
up
RU
Fitosanitar nəzarətin gücləndirilməsi aqrar ixracı artıracaq AQTA rəsmisi

Fitosanitar nəzarətin gücləndirilməsi aqrar ixracı artıracaq AQTA rəsmisi

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən arıçılıq məhsullarının ənənəvi respublika sərgi-satış yarmarkaları çərçivəsində satışa çıxarılan bütün məhsullar risk əsaslı yoxlamalara cəlb olunur".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə söyləyib.

O bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən bal və digər arıçılıq məhsulları laborator müayinələrə cəlb olunur, qida təhlükəsizliyi və keyfiyyət standartlarına cavab verməyən arıçılıq məhsullarının satışına yol verilmir.

"Bakı şəhərində keçirilən mövsümi yarmarkalarda da məhsulların keyfiyyətinə operativ nəzarətlər təmin edilir. Səyyar qida laboratoriyalarımız vasitəsilə vətəndaşların satışa çıxarılan məhsullarla bağlı müraciətləri yerində araşdırılır".

Sədr xüsusilə fitosanitar sahədə həyata keçirilən tədbirləri diqqətinizə çatdırıb:

"Agentlik bitki sağlamlığının qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması, habelə təhlükəsiz toxum və ting dövriyyəsinin təmin edilməsi istiqamətində sistemli və risk əsaslı nəzarət tədbirlərini həyata keçirir. Fitosanitar nəzarətin gücləndirilməsi ölkəmizin ixrac potensialının artırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu sahədə rəqəmsallaşmanı artırmaq məqsədilə Agentlik Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının "e-Phyto" sisteminə qoşulub. Bu sistem fitosanitar sertifikatların elektron formada tətbiqinə və qarşılıqlı tanınmasına imkan yaradır.

Bununla yanaşı, fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb. Qanun layihəsinin qəbul edilməsi şəffaflığın artırılmasına və sahibkarlar üçün proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşmasına şərait yaradacaqdır".

Qoşqar Təhməzli qeyd edib ki, qida təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin edilməsi bütövlükdə aqrar sahənin ortaq bir məsuliyyətidir. Biz fermer və sahibkarları nəzarət obyekti kimi deyil, etibarlı tərəfdaşlarımız olaraq qəbul edirik.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri