Fitso Ukraynaya enerji tədarükünü dayandırmağa hazır olduğunu açıqlayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Slovakiyanın Baş naziri Robert Fitso cavab tədbiri olaraq Ukraynaya enerji nəqlini dayandırmağa hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, hökümət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşdığı videomüraciətdə bildirib.
“Yanvarın 1-dən sonra vəziyyəti və Ukraynaya qarşı qarşılıqlı tədbirlər variantlarını dəyərləndirəcəyik. Əgər bu qaçılmaz olarsa, biz elektrik enerjisinin verilməsini dayandıracağıq”, - Baş nazir vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fitsonu yalnız Rusiyanın enerji resursları ilə maraqlanmaqda və Avropanın Amerika qazından imtinasını təşviq etməkdə ittiham etmişdi.
Baxış sayı:145
Bu xəbər 27 Dekabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















