Fizievi məğlub etmək üçün gəlmişəm Torres
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
"Bu döyüş çox həyəcanlı olacaq. Rəqib də kifayət qədər təcrübəlidir. Hər ikimiz üçün maraqlı qarşılaşma olacaq".
Metbuat.az-ın məlumatına görə, bunu UFC döyüşçüsü Manuel Torres deyib.
O, döyüşün birinci raundda başa çatması ilə bağlı sualı cavablandırarkən bunun mümkün olduğunu bildirib:
"Bu, beş raundluq döyüş olacaq. Amma birinci raundda qələbə qazanmaq mənim əsas strategiyalarımdan biridir. Mən Rafael Fiziyevi məğlub etmək üçün bura gəlmişəm. Bu idman növü dünyanın ən çətin idman növlərindən biridir. Mən Fiziyev üzərində qələbə qazanmaq üçün buradayam".
Torres Bakı haqqında da fikirlərini bölüşüb:
"Bakını hələ çox gəzə bilməmişəm, amma insanlarını sevdim. Hələ bir neçə gün də burada olacağam".
Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 İyun 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















