Fiziologiya İnstitutu ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 28 noyabr, AZƏRTAC
Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova, BNTİ-nin direktoru akademik Qriqori Trubnikov və digər nümayəndələr iştirak ediblər.
Görüşdə Fiziologiya İnstitutu və BNTİ arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. Hər iki müəssisədə müvafiq istiqamətlər üzrə həyata keçirilən elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.
Professor Ulduz Həşimova BNTİ-nin Azərbaycanın elmi müəssisələri ilə fəal əməkdaşlığını yüksək dəyərləndirib. O, bu görüşün iki müəssisə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. U.Həşimova iki ölkənin alimlərinin birgə fəaliyyəti nəticəsində mühüm elmi nəticələrin əldə olunacağına inamını da ifadə edib.
Tədbirdə, həmçinin həyat elmləri sahəsində birgə fundamental və tətbiqi tədqiqatların aparılması, xüsusilə təbii mənşəli dərman amillərinin tibb praktikasında istifadəsinin molekulyar əsaslarının işlənib-hazırlanması üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 28 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















